Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Nəticələrdən ikisi barədə dünənki yazımda qeyd etmişdim. Bu, Rusiyanın dəniz ticarətinin 70%-dən çoxunun keçdiyi Qara dəniz qapısının bağlanması deməkdir və Rusiya həmin nəfəslikdən məhrum olacaq. Sözsüz ki, Qara dəniz qapısının bağlanması Rusiya iqtisadiyyatının çöküşünü sürətləndirəcək.
Digər önəmli hadisə Rusiyanın «Bir yol, Bir Kəmər» layihəsinin şimal qapısı olmaq özəlliyini itirməsidir ki, bunun ağır nəticələri yaxın perspektivdə özünü göstərəcək.
Qara dəniz qapısını itirməyin ciddi zərbələrindən biri də Rusiyanın hərbi-strateji maraqlarına dəyəcək. Məlum olduğu kimi, Rusiyanın Qara dəniz donanmasının əsas nəzarət məkanından biri Aralıq dənizidir. Rusiyanın Aralıq dənizində tək hərbi bazası Suriyanın Tartus limanıdır. Bundan əlavə rus Qara dəniz donanması Sudanın Post-Sudan və Liviyanın Binqazi limanlarında yeni bazalar qurmaq istəyirlər. Hər iki ölkənin liderləri ilə müyyən danışıqlar aparan Rusiya öz aləmində bu planının hüquqi əsaslarını da yaradıb. Fəqət Sudanda əl-Bəşir hökumətininin devrilməsi, Liviyadakı Həftar rejimin qeyri-legitimliyi Rusiya ilə bağlanan müqavilələri də işləməz hala gətirib. Bununla belə, Rusiya sözügedən limanlardan vaz keçmək niyyətində deyil. Səbəbi limanların yerləşdiyi məkanla əlaqədardır.
Bu 3 limanın xəritəsinə baxsaq, görərik ki, onlar dünya dəniz ticarətinin önəmli keçid nöqtəsi sayılan Süveyş kanalına yaxın ərazidə yerləşirlər. Rusiya əslində Tartus-Post Sudan-Binqazi təhlükəsizlik üçbucağı yaradaraq Süveyş kanalını tamamilə nəzarətə götürmək istəyir. Bu üçbucaq yaranarsa, Avropanın dəniz ticarəti təhlükəyə düşə bilər. Həmin gəmilərin öz bazasına qayıtması və Rusiyanın bu sevdadan əl çəkməsi üçün isə Türkiyə Dardanel və Bosfor boğazlarını bağlamalıdır. Boğazlar bağlanarsa, Möntre sazişinə uyğun olaraq, rus gəmiləri dərhal Qara dənizə girməlidir. Əksa halda Aralıq dənizində logistik dəstəkdən təcrid edilmiş vəziyyətdə NATO gəmilərinin mühasirəsinə düşə bilərlər.
Zənnimcə, Türkiyənin boğazları bağlamasının əsas səbəbi də budur: Rusiyanı Aralıq dənizindən çıxarmaq və Süveyş kanalı ətrafında yaradılmaqda olan rus təhlükəsiz üçbucağını dağıtmaq.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar