Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
"Rusiya tərəfinin Ukrayna ilə danışıqlarda gözləntiləri özünü doğrultmayıb".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqların üçüncü raundunun yekunlarına görə bildirib.
"Müzakirələr siyasi və hərbi aspektlər üzrə davam etdi, lakin müsbət nəsə haqqında danışmaq hələ tezdir. Biz böyük sənədlər toplusu ilə gəldik, konkret razılaşmalar, layihələr və təkliflər irəli sürdük. Ukrayna tərəfi bütün bu sənədləri öyrənmək üçün özü ilə aparıb. Ümid edirik, gələn görüşdə hansısa sənəd imzalana bilər", - Medinski deyib.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində keçirilən danışıqlar başa çatıb.
Danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib: ona Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edib, heyətə xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski daxildir.
Ukrayna tərəfdən danışıqlarda Prezident Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radada hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və digər ukraynalı siyasətçilər iştirak edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar