Xəbər lenti

 
Cəmşid Dərələyəzli  
       
Dağılmış Osmanlı   imperiyasının xarabalıqları üzərində Türküyə Cümhuriyyətini var edən Mustafa Kamal Atatürk 1930-cu uldə yazırdı: “Keçmişdə Rusiya ilə aramızda baş veənlərdən asılı olmayaraq, bu gün Rusiyanın timsalında SSRİ  bizim üçün qonşu və dost ölkədir və biz  indiki mərhələdə də əlaqələrimizi bu şəkildə davam etdirəcəyik. Amma bir 60  ildən sonra SSRİ 60 yerə parçalanacaq. Ona görə də hər şeyi zamana buraxmaq  lazımdır”.  Uzaqgörən liderin  60 il öncədən   söyləmiş olduğu  bu fikirlər sonunda gerçəkləşdi. 
 
Azərbaycana gəlincə, 1813-cü ildə ölkəmiz Rusiya və İran tərəfindən ikiyə bölündükdən sonra Rusiya tərəfindən  başımıza gətirilməyən qalmadı. Rusiyanın ən böyük  xəyanəti isə, sonradan onun  beynəlxalq   gücləri də arxasına alıb, onların dəstəyi ilə bizim torpaqlarda bir erməni dövləti   qurması  olmuşdur.  Məhz   elə  buna görə də, biz millət olaraq  Rusiayanın bu xəyanətini  heç bir zaman bağışlamayacağıq.  Amma   mövcud reallıqlardan dolayı,   hələlik bunu buraxmışıq  zamana.
 
İndi gəlirəm, Rusiyanın bu gün Ukraynanın işğal etmək məsələsinə. İlk öncə, təbii ki, sual olunur: bu müharibə baş verməyə bilərdimi? Bir mənalı şəkildə demək olar ki, bəli,   bu müharibə baş verməyə  bilərdi. O zaman ki, Ukraynanın başında ağıllı  və uzaqgörən, müdirik bir siyasətçi olsaydı.  Amma olmadı. Çünki əziz Ukrayna xalqı zamanında gözü çıxan qardaşından  dərs   almadı. Qərbin dəstəyi ilə baş verən   “narıncı  inqilabla”  siyasi və idarəçilik təcrübəsi olmayan, gənc bir şovmeni özlərinə prezident seçdilər və bu adam da hakimiyyətə gələndən sonra regional reallıqlara tamamilə  üz çevirdi. Qərbə yönəlməyə, Rusiyanın əlehinə bəyanatlar verməyə başladı. Nəticədə Luqanski, Donetski, Krım məsələsi həll edilməmiş qaldı, problem daha da dərinləşdi. Zelenski anlamadı ki, qonşu dövlətlərin geopolitik maraqlarını gözə almamaq və gücünü umursamamaq sonda fəlakətdən başqa heç nə vəd etmirdi. Təəssüf ki, bu “korluq”da Ukraynanı fəlakətə sürüklədi.   Zelenski onu da anlamadı  ki, Qərb çox “yetimlərə gəl -gəl deyib, amma sahib çıxmayıb”. Zamanında  Gürcüstana sahib çıxmadığı (Orta Doğuda baş verənləri hələ demirəm) kimi. Çünki Qərb üçün Ukrayna və Gürcüstan kimi ölkələr Rusiyanı tələyə cəlb etmək üçün bir qurbanlıqdır. Bəli, bu gün Ukrayna hakimiyyəti Qərbin növbəti qurbanıdır və Rusiyanı şirnikləşdirərək, yaxud qəzəbləndirərək tələyə salmağa xidmət edir. Nə yazıq ki, Rusiya da bu tələyə düşdü. Həmin tələ Rusiyanın Ukrayna məsələsinin iki günə həll etməyi planlaşdırdığı, bu gün isə 14-ci günə qədəm qoymasına baxmayaraq, hələ də hədəfini reallaşdıra bilmədiyi yanlış hesabları üzərində qurulub. 


Şəkildə: Müharibədən əvvəl və indiki Kiyev
 

Rusiya da artıq çox pis bir oyuna gətirildiyini başa düşür. Başa düşür ki, bu oyuna davam etmək də, geri durmaq da  onun sonunu gətirəcək. Ona görə də Rusiya bütün baş verən hərbi və iqtisadi itkilərə, məhrumuyyətlərə, sanksiyalara baxmayaraq  irəli getməyə məcburdur. 
 
Ukraynanın isə halı ortadadır. Ağılsız və uzaqgörməyən  başın bəlasını bir ölkə və onun xalqı çəkir. Minilliklərlə mövcud olan və hələ də İkinci Dünya Savaşının təsirlərinin tam aradan qalxmadığı bir ölkə gözlər önündə təkirar xarabalığa çevrilir. İnsanlar  ölür, uşaqlar, analar ağlar qalır, böyük bir millət  dəmir yolu vağzallarında  ölümdən qaçmaq  üçün növbə gözləyir. Əslində minəcəklər o qatara  (o da hamısı minə bilsə əgər), amma o qatar  onları  sonu bilinməyən bir mühacirətə götürəcək. O mühacirətə ki,  qanlı  müharibələr kimi onun da sonu ölümdür. Çünki, bir milləti və ya toplumu yox etmək istəyirsinizsə, onları öz ölkələrindən, vətənlərindən qaçmalarına səbəb olmaq kifayətdir. Yurd-yuvasından didərgin salınan millət az bir zaman içərisində onsuz da   mənəvi və cismani olaraq  yox olub gedəcəkdir.


 
Ukraynada müharibə gedir, Qərb yenə də öz oyunundadır; Zelenskini ayaqda alqışlanır, “yanındayıq”,-deyirlər. Amma onu da açıq deyirlər ki, biz  sənə canlı hərbi dəstək verə bilmərik. Hava məkanını bağlaya bilmərik. Çünki, bu Üçüncü Dünya Savaşına aparar, onda özümüz  də yanarıq.  Zelenski çırpınır. Dünya isə onu qəhraman elan edir.
 
O cümlədən bizim kimi ölkələrin bəzi vətəndaşları da “Möhkəm dayan, Zelenski” deyirlər. Amma ölkə dağılır, xarabalığa dönür, 40 milyondan artıq bir millər ölümlə, əsarətlə, qaçqınlıqla qarşı-qarşıyadır. Yenə də deyirlər Zelenski qəhramandı. Deyərdim ki, bu, sadəcə siyasi korluq və gerizəkalılıqdır. 
 
Bəli, gerçək odur ki, Ukrayna   ilə Rusiya arasında qeyri- bərabər müharibə davam edir. Rusiya  Odessanı  almaq   ərəfəsindədir. Odessadan sonra Rusiya ilk hədəfinə çatacaq və Ukraynanın Qara dənizə çıxışını tamamilə bağlayacaq. Rusiya başqa cəbhələrdə də irəliləyir. Sonda  belə devam edərsə, Ukraynada öz adamını hakimiyyətə gətirib, bütünlüklə Ukraynanın Qərbə çıxış qapısını da qapadacaqdır. 


 
Təbii ki, bu, heç də asan olmayacaq. Çünki müharibə uzandıqca Rusiya  yaralı “ayı” kimi tələdə çırpınır. Qərbin iqtisadi saksiyaları, dünyanın   az qala bütünlüklə ona qarşı olması, ölkə içi artan sıxıntılardan və itklərdən dolayı  millət də  içdən qaynamaq ərəfəsindədir. Bütün bunlar məcbur edir ki, Rusiya özü də xarici muzdlu canlı qüvvələrdən  istifadə etsin. Gələn xəbərlərə görə etməyə başladı belə. Çünki Putin görür ki, ordusu   heç də onun təsəvvür etdiyi kimi   mobil və hər mənada  müasir standartlara  cavab vermir, ən əsası, onların əksəriyyəti Ukraynaya qarşı vuruşmaqda maraqlı  deyil
   
Nə yazıq ki, kimsəsiz və köməksiz qalan Ukrayna da  Qərbun məcbur qalıb verəcəyi “qara para qarşılığında” xarici muzdlu könüllülərin ölkəsinə gəlib Rusiyaya qarşı vuruşmaları üçün vizanı qaldırdı. Hər iki ölkənin, yəni Rusiya ilə Ukraynanın bir-birlərinin acığına xarici muzdlulara qapı açmaları, sonda Orta Doğuda və dünyanın digər yerlərində  mövcud olan terror şəbəkələrinin də  bu coğrafiyaya gələmələrinə nədən olacaqdır ki, bu da sonda   bölgə dövlətləri üçün də böyük bir təhdid yaradacaq. Bu isə artıq beynəlxalq hüquqla tənzimlənməyən kirli və uzun müddətli  müharibə deməkdir.
 
O ki qaldı  düşdüyü  tələdən xilas olmaq  üçün Putinin sonda nüvə başlıqlarından istifadə  ilə bağlı sayaqlamalarına, bu barədə dünya hərb uzmanlarının dili ilə desək, bu bir o qədər də ağlabatan deyil. Amma hər halda dünya bunu da göz ardı etmir ki, tarixdə Putin kimi hökümdarlar bu cür hallarda özlərinin yox olacaqlarını əvvəlcədən hiss etdikləri anda, başqalarının mövcudluğu   umurlarında olmaz.   Ona görə də belə bir vəziyyət də Qərb və ABD-dən fərqli olaraq  bəzi dövlətlərin, xüsusən də Türküyə və İsrailin müharibənin dayandırılması ilə bağlı çabalarına önəm vermək və alqışlamaq  lazımdır. İnanaq ki, Türküyənin bu yöndəki çabaları öz nəticəsini verəcək. Əks halda bütün dünya  fəlakətin eşiyindədir, xüsusən də bölgə dövlətləri.  


 
Odur ki, istər böyük, istər də kiçik dövlət olmağına baxmayaraq, düşməninin gücünü umursamalısan. Əks halda ya məğlub olar, ya da  elə bir çıxılmaz duruma düşərsən ki, verdiyin itkilər qalibiyyətini heçə endirər. Tarixdə dünyanın iki güc qütbündən biri olan SSRİ  Əfqanstanda,  ABD isə Vyetnamda bu bədəli ödədilər. Həm də özlərindən qat-qat  kiçik və zəif sandıqları ölkələr tərəfindən məğlub edildilər. Yəni hər ikisi də, düşmən elan etdikləri “zəif”lərlə başara bilməyib, verdikləri onca böyük itkilərə rəğmən, sonda biyabırcasına həmin ölkələrdən çıxmaq məcburiyyətində qaldılar.
 
Bütün  bunlara  ən yaxşı örnək isə,  ən yaxın tariximizdə öz düşmənini daima özündən gücsüz sanmayıb, düz 30 ilə yaxın ona qarşı güc toplayan və beynəlxalq aləmdə  balanslaşdırılmış  siyasət   yürüdən Azərbaycanının 44 günlük qələbəsidir. Bunu isə təkcə biz yox, bütün dünya deyir. Ağıllı balanslaşdırılmış siyasətə ən yaxşı örnəklərdən biri də Azərbaycanın indiki hakimiyyətinə aiddir. Hakimiyyət hazırda həm Ukrayna və həm də Rusiyaya eyni məsafədə dayanır və hər ikisi ilə də mütəffiqlik edir. Çünki bunu həm zaman, həm də dünyada və bölgədə dəyişən dəngələr diqtə edir. 
  
Allah  Rusiya və Ukrayna xalqlarını və  bütün bəşəriyyəti gözlənilən fəlakətlərdən hifz etsin.


Ana səhifəyə qayıt        Baxış: 4 462          Tarix: 9-03-2022, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma