Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Qazaxıstan Azərbaycana Qazaxıstandan Avropaya ixrac yüklərinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə istiqamətinin dəyişdirilməsini təklif edib.
“Report” “Samruk-Kazyna” ASC-yə istinadən xəbər verir ki, bunu Bakıda Qazaxıstan nümayəndə heyətinə rəhbərlik edən “Samruk-Kazyna” ASC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev bildirib.
Tərəflər mövcud marşrutlara alternativ ola biləcək Azərbaycan ərazisindən neft nəqli sahəsində mühüm əməkdaşlıq potensialını qeyd ediblər.
Əsas müzakirə mövzusu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə birgə müəssisənin yaradılması layihəsi olub. Yeni birgə müəssisə tariflərin müəyyən edilməsi və yük bəyannaməsi ilə bağlı məsələləri həll etməyə, vahid İT həlləri tətbiq etməyə və bu marşrut üzrə tranzit yükləri birləşdirməyə imkan verəcək.
Müzakirələr Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru vəzifəsini icraçısı Ruslan Əlixanovla, SOCAR-ın birinci vitse-prezidenti vəzifəsini icra edən Rövşən Nəcəf və digər rəsmi şəxslərlə söhbət zamanı aparılıb.
Qazaxıstan nümayəndə heyəti Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə də görüşüb. Görüş zamanı dəhliz üzrə nəqliyyat tariflərinin unifikasiyası, ölkələr ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımaların həcminin artırılması üçün gömrük prosedurlarının sinxronlaşdırılması ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, regionda baş verən hadisələr və geosiyasi vəziyyət yeni reallıq yaradıb.
Görüşün yekunu olaraq “Samruk-Kazyna” SC ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə müəssisənin yaradılması və nəqliyyat-logistika fəaliyyətinin həyata keçirilməsinə dair protokol imzalanıb.
Görüşdə vurğulanıb ki, Azərbaycan və Qazaxıstanın coğrafi xüsusiyyətləri - onların Avropa və Asiyanın ən böyük iqtisadi mərkəzləri arasında yerləşməsi ölkələr arasında səmərəli və yaxşı qurulmuş nəqliyyat şəbəkəsinin təmin edilməsi üçün real zəmin yaradır. Marşrutun inkişafına əlavə təkan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatdırılması oldu. Bu, Çindən Qazaxıstan vasitəsilə Türkiyəyə çatdırılma müddətini 12 günə endirməyə imkan verib.
Görüşün yekunu olaraq “Samruk-Kazyna” ASC ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə müəssisənin yaradılması və nəqliyyat-logistika fəaliyyətinin həyata keçirilməsinə dair protokol imzalanıb.
Ovqat.com-un əlavəsi
Qeyd edək ki, Qazaxıstan rəsmiləri nə qədər neft nəqlindən bəhs etsələr də, iki ölkə arasında bu zamanadək aparılan danışıqlarda həm də qaz ixracı nəzərdə tutulur. Məsələn, 2017-ci ildə Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasında müzakirə olunan məsələlərdən biri də Qazaxıstan neftinin və qazının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması idi. Həmin görüşdə tərəflər bu planı reallaşdırmaq üçün işçi qrupu belə, yaratmışdılar. Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev görüşdən sonra keçirilən mətbuat konfransında bildirmişdi: "Qazaxıstan qazının hasilat həcmi getdikcə artacaq və ixrac marşrutu kimi Azərbaycan nəzərdən keçirilir. Biz Qazaxıstanın qərbində LNG zavodunun tikintisini bir variant kimi nəzərdən keçiririk. Buradan qaz Azərbaycan üzərindən dünya bazarlarına çıxarılacaq".
Göründüyü kimi, Qazaxıstanın Aİ-yə qaz ixracına marağı o qədər böyükdür ki, hətta rəsmi Nursultan bunu LNG, yəni dondurulmuş qaz şəklində həyata keçirməyə çalışır. Bu da səbəbsiz deyil. Rusiyanın təzyiqləri və Orta Asiya ölkələrinin Azərbaycan üzərindən qaz nəqlinin qeyri-müəyyənliyi rəsmi Bakının TANAP və TAP layihəsini məhdud həcmdə tutmasına yol açmışdır. Qazaxıstan və Türkmənistan bu məsələdə qəti mövqe ortaya qoyarsa, yaxın gələcəkdə Azərbaycanın öz tərəfdaşları ilə bərabər yeni kəmərlər çəkməsini şərtləndirə bilər. Bu isə çoxdan arzulanan Transxəzər kəməri layihəsinin reallaşması deməkdir.
Transxəzər qaz layihəsi nədir?
Transxəzər qaz kəməri ideyası ilk dəfə 1997-ci ildə Türkiyənin Türkmənistan qazını almaq planları ilə bağlı gündəmə gəlib. Bundan sonra Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısına dair kommersiya sazişi imzalanıb. Həmin sazişə əsasən, Türkiyə Transxəzər kəməri vasitəsilə ildə 30 mlrd kubmetr qaz almağa dair öhdəliyi 2000-ci idən başlayaraq öz üzərinə götürür. 1998-ci ilin aprelində Türkmənistan prezidenti Saparmurad Niyazov ABŞ-a işgüzar səfəri zamanı bu məsələ onun dövlət başçısı Bill Klinton və vitse-prezident Albert Qor ilə görüşlərində ən yüksək səviyyədə müzakirə olunmuşdu.
Yeri gəlmişkən, qeyd edək ki, layihə əslində ABŞ-ın proyekti idi, Rusiyadan yan keçməklə Avropanı neftlə təchiz etməyi nəzərdə tuturdu. Sözsüz ki, əsas məqsəd Avropanı Rusiyanın enerji asılığından xilas etmək idi.
Təsadüfi deyil ki, layihə gündəmə gəldiyi ilk illərdə həm Rusiya, həm də İran onun əleyhinə müxtəlif səviyyələrdə iş aparırdılar. Vladimir Putin hakimiyyətə gələndən sonra isə layihə ümumiyyətlə gündəmdən çıxdı və PGS konsorsiumu 2000-ci ilin ortalarında ləğv edildi.
Bəhanə kimi isə Azərbaycanla Türkmənistan arasında yaranmış anlaşılmazlıqdan istifadə olundu. Belə ki, 1999-cu ilin yayında “Şahdəniz” yatağı istismara verilmiş və onun ehtiyatlarının qiymətləndirilməsi zamanı məlum olmuşdu ki, Azərbaycanın qaz ehtiyatları güman edildiyindən qat-qat çoxdur. Nəticədə Azərbaycan ötürücülük gücü 32 milyard kub metr kimi nəzərdə tutulan kəmərdən ona ildə 16 milyard kub metr kvota ayrılmasını tələb edirdi. Türkmənistanın ozamankı prezidenti Saparmurat Niyazov isə kəmərin ixrac qabiliyyətinin yalnız dörddə birinin Azərbaycana ayrılmasını istəyirdi. Beləcə, iki qaz ölkəsi arasında narazılıq yaranmış və “Kəpəz” yatağı ilə bağlı problemlər daha da böyümüşdü.
Azərbaycanla Türkmənistan arasındakı bu ziddiyyət ötən il həll olundu. 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə mübahisə bitdi. Memarandumda yatağın adı dəyişdirilərək "Dostluq" adlandırıldı.
Ötən il Türkmənistanla Azərbaycan arasında bağlanan bu memarandumdan sonra Transxəzər neft kəmərinin reallaşması ehtimalı yenidən doğdu. Rusiyanın enerji strategiyasına rəqib olan layihənin reallaşması bir çox ekspertlərə inandırıcı görünməsə də, son zamanlar regionda baş verən hadisələr gözlərin yenidən Xəzər neftinə yönəlməsinə yol açdı. Nədən ki, Rusiyanın Ukraynaya hücumundan sonra rus qazı asılılığından xilas olmağı günün vacib məsələsi kimi alğılayan Avropa İttifaqının əsas ümid yeri Azərbaycandan bu qitəyə nəql ediləcək qaz və neft kəmərləridir. Avropa Komissiyasının iki gün əvvəl yayınladığı “Daha Əlverişli, Daha Təhlükəsiz və Davamlı Enerji üçün Birgə Avropa Fəaliyyəti Proqramı” adlı layihədə də bu xüsus öz əksini tapıb. Sənəddə Brüsselin 2022-ci ildə LNG tədarükünün artımının 50 milyard kubmetrə çatdırması, Əlcəzair, Azərbaycan və Norveçdən gələn boru kəmərləri ilə daha 10 milyard kubmetr qaz almağın planlaşdırılması açıq-aydın qeyd olunur. Əlbəttə ki, bu hədəf cari dövr üçün nəzərdə tutulur. Gələcək illərdə Rusiyadan qaz və neft idxalını sıfırlamağı qarşısına məqsəd qoyan Avropa İttifaqının tələbatı da böyüyəcək və Transxəzər kəmərinə ehtiyac daha da artacaq.
İstisna edilmir ki, Transxəzər layihələrinin aktivləşdirilməsinə Moskva səbrlə yanaşmayacaq. Rusiya İranla bərabər ölkəmizə və digər Xəzəryanı türk respublikalarına qarşı müxtəlif təxribatlara əl ata bilər. Yəqin ki, türk respublikaları bunun fərqindədirlər və güc strukturlarını təxribatlara hazır vəziyyətə gətiriblər və istənilən hərəkətə layiqli cavab verəcəklər.
Prezident İlham Əliyevin bu gün Türkiyəyə səfərə getməsi də gözlənilən təxribatlara bərabər cavab vermək ehtiyacından doğa bilər. Böyük ehtimalla çoxdan planlaşdırılan və Şuşa Bəyanatı ilə hüquqi əsası qoyulan Türk əsgərinin Azərbaycana gətirilməsinin yolları da bu görüşdə müəyyənləşdiriləcək. Zənnimizcə, İlham Əliyevin bu səfərinin İsrail prezidentinin Türkiyəyə gəlişindən sonraya düşməsi də manidardır.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar