Xəbər lenti

"Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqları davam etdirirlər, onlar videoformatda keçirilir".

Qaynarinfo xəbər verir ki, bunu "İnterfaks”a açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
 
Onun sözlərinə görə, vaxtı gələndə təfərrüatlar açıqlanacaq:

"Bəli, danışıqlar videoformatda davam edir, nümayəndə heyətinə (Rusiya Federasiyası Prezidentinin köməkçisi-red) Vladimir Medinski başçılıq etməkdə davam edir. Hələlik təfərrüatları şərh etməkdən çəkinirik”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski danışıqların keçmiş "Belovejsk formatı”nda olub-olmaması ilə bağlı suala müsbət cavab verib.



Ana səhifəyə qayıt        Baxış: 3 697          Tarix: 12-03-2022, 23:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma