Xəbər lenti

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri, Ukraynanı Rusiya ilə danışıqlarda təmsil edən Mixail Podolyak Almaniya rəhbərliyinə sərt etirazını bildirib.

Məlum olduğu kimi, Ukraynaya qarşı işğal başlayan gündən NATO rəsmiləri və bu alyansa daxil olan ölkələrin rəhbərləri təşkilatın Ukraynadakı savaşa qoşulmayacağını və Ukraynanın səmasını bağlamayacaqlarını dəfələrlə bəyan ediblər. Ukrayna tərəfinin fikrincə, bu bəyanatların təkrarlanması Rusiyanın əl-qolunu daha da açır və cəzasızlıq mühiti yaradır. 

“AzPolitika.info” xəbər verir ki, M.Podolyak Ukrayna mətbuatında bu gün yayımlanan müraciətində Almaniyanın Müdafiə naziri Kristina Lambrextin son bəyanatını pisləyib. Belə ki, Lambrext növbəti dəfə “münaqişənin Ukraynadan kənara çıxmamalı olduğunu” bildirib və NATO-nun Ukrayna səmasının bağlanmayacağına dair bəyanatını təkrarlayıb. Podolyak almaniyalı nazirin dediklərinə belə şərh verib: “Nazir Lambrext yenə deyib ki, NATO Ukraynadakı münaqişəyə qarışmayacaq və Ukrayna üzərində uçuş üçün qadağan olunmuş zona yaratmayacaq. Öldürücüdür. Çünki avropalı siyasətçilərin hər belə bəyanatı Rusiyanı Ukraynada kütləvi qırğınlar törətməyə həvəsləndirir. Əgər müharibəni müharibə adlandırmır və Putindən qorxursunuzsa, o zaman heç olmasa təxribatçı bəyanatlar verməyin!”


Ana səhifəyə qayıt        Baxış: 3 314          Tarix: 19-03-2022, 18:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma