Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Ermənistan müxalifəti və Qarabağdakı separatçı rejim təmsiçiləri Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşdən ciddi narazı qalıb.
Xatırladaq ki, müzakirələrdən bir gün əvvəl eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın rəhbərlik etdiyi siyasi qüvvələr İrəvanın mərkəzində etiraz aksiyası keçirmişdi. Müxalifət bəyan edir ki, Paşinyan hakimiyyətinə qarşı bütün vasitələrdən istifadə etməklə mübarizə aparacaq.
Onlar hesab edirlər ki, Baş nazir Nikol Paşinyan Qarabağın taleyinə biganədir, Avropa İttifaqı da Rusiyanı Qarabağdan sıxışdırmaq istəyir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatından da narazı qalan ermənilər sənəddə “Dağlıq Qarabağın” və Minsk Qrupunun xatırlanmamasını ermənilərin əleyhinə olan məqamlar olduğunu bildiriblər.
Politoloq Tiqran Qriqoryan da deyib ki, Şarl Mişelin açıqladığı bəyanatda "Dağlıq Qarabağdan" və Qarabağ münaqişəsindən bir kəlimə də deyilmir. O, hesab edir ki, bu məqam ciddi narahatlığa əsas verir. Qriqoryanın fikrincə, Ermənistan hökumətinin, eləcə də Şarl Mişelin açıqladıqları bəyanatlardan belə görünür ki, erməni tərəfi əvvəllər bəyan etdiyi iki mövqeyindən geri çəkilib.“Bu bəyanatın mətnini oxuyanda başa düşürük ki, sərhədin delimitasiya və demarkasiyası üçün komissiya heç bir stabilləşdirici mexanizmlər tətbiq edilmədən yaradılacaq. Bəyanatda deyilir ki, bu komissiya delimitasiya və demarkasiyadan başqa sərhəddə sabitliyin təmin edilməsi ilə məşğul olacaq. Mənim fikrimcə, bu müddəa daha çox Paşinyanın təmizə çıxarılması üçün əlavə olunub. Mahiyyətcə bu, erməni tərəfinin məğlubiyyətidir”.
Politoloqun fikrincə, Ermənistanın geri çəkildiyi ikinci mövqe Paşinyanın ATƏT-in Minsk Qrupunun egidası altında danışıqlardan imtina etməsidir: “Biz gördük ki, əslində Ermənistanın Baş naziri və Azərbaycanın Prezidenti öz xarici işlər nazirlərinə sülh müqaviləsi üzrə danışıqları hazırlamağı tapşırıblar. Amma bəyanatda danışıqların ATƏT-in Minsk Qrupunun egidası altında keçiriləcəyi deyilmir. Ümumilikdə, ATƏT-uin Minsk Qrupunun heç adı da çəkilmir”.
Baş nazir Nikol Paşinyan aprelin 7-də keçirdiyi hökumət müşavirəsində bu barədə deyib ki, “Dağlıq Qarabağ xalqının" təhlükəsizliyinin təminatı, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə "Dağlıq Qarabağın" yekun statusunun dəqiqləşdirilməsi erməni tərəfinin sülh gündəliyinə cavablarına daxil edilib və danışıqların predmeti olmalıdır.
Paşinyan bildirib ki, bu prosesdə Minsk Qrupunun iştirakı zəruridir və erməni tərəfi bu istiqamətdə işini davam etdirməlidir: “Ermənistan və Azərbaycan tərəfindən sülh razılaşması üçün təqdim olunmuş prinsip və məsələlər ümumiləşdirilməli və danışıqların nəticələrinə ünvanlanmalıdır”.
"AzPolitika.info"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar