Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Pakistanda Ali Məhkəmənin qərarından sonra parlamentdə etimad səsverməsi nəticəsində İmran Xan hökuməti devrilib.
Ovqat.com-un məlumatına görə, İmran Xanın başçılıq etdiyi Pakistan Ədalət Hərəkatı (PTI) partiyası etimad səsverməsindən sonra fəaliyyətini dayandırıb.
Səsvermə nəticəsində parlament İmran Xanın hökumətinə etimadsızlıq göstərib. 142 millət vəkili İmran Xan hökumətinin lehinə, 199 millət vəkili isə əleyhinə səs verib.
Müxalifət lideri Şahbaz Şərifin yeni baş nazir seçiləcəyi gözlənilir.
Pakistanın faktiki sabiq baş naziri İmrah Xan etimad səsverməsi ilə devriləcəyi təqdirdə, müxalifətin quracağı hökuməti tanımayacağını bildirib.
İmran Xanın vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması ABŞ-ın ona qarşı mövqeyi ilə izah edilir. Bu ehtimalı sabiq Baş nazirin özü də dəfələrlə dilə gətirib. Ötən il yay aylarında İmran Xan ABŞ-ın ciddi təzyiqlərinə məruz qaldığını, ondan Çinlə münasibətlər son qoyulmasının istənildiyini bildirmişdi. Son zamanlar partiyasından və tərəfdaşlarından bəzi millət vəkillərinin istefası ilə başlayan devrilmə prosesini şərh edən İmran Xan yenə eyni iddiaları irəli sürüb.
İmran Xanın devrilmiş hökuməti bir neçə partiyanın koalisiyasından ibarət idi. Həmin partiyalardan Birləşmiş Xalq Hərəkatının 7, Bəlucistan Avami Partiyasının və Respublika Vətən Partiyasının 1 deputatı bir müddət əvvəl koalisiyadan ayrılıb müxalifətin yanında yer aldılar. Xanın öz partiyası Pakistan Ədalət Hərəkatının 10 deputatı da onlara qoşuldu. Beləcə, koalisiya hökuməti parlamentdəki çoxluğu itirdi. Bu da müxalifətə imkan verdi ki, parlamentdə hökumətə etimadsızlıq məsələsini qaldırsın.
İmran Xan hakimiyyətin müxalifətə ötürülməsi perspektivinin qarşısını almaq üçün bir neçə gün əvvəl parlamenti buraxdığını elan etsə də, Konstitusiya Məhkəməsi 7 aprel tarixli qərarı ilə Xanın bu təşəbbüsünü qanunvericiliyə zidd kimi qiymətləndirdi. Nəticədə dünənki etimad səsverməsinə zəmin hazırlandı.
Pakistan Milli Assambleyası adlanan ölkə parlament 342 deputatdan ibarətdir. Baş nazir Xanın vəzifədən uzaqlaşdırılması üçün ən azı 172 səs lazım idi. Dünənki sessiyada müxalifət səs çoxluğu ilə bu hədəfini reallaşdırdı.
Pakistandan gələn bəzi məlumatlara görə, ölkənin Ali Məhkəməsi İmran Xanın həbsi barədə hökm çıxarıb. Bu, Pakistan üçün o qədər də yad hadisə deyil. Ölkə 1947-ci ildə qurulandan bəri hakimiyyətdə olan bütün mülki hökumətlər sona qədər öz mandatını başa çatdıra bilməyib. Devrilən əksər hökumətlərin rəhbərləri isə həbsə məruz qalıb.
Zənnimizcə, Pakistan hökumətlərinin tez-tez devrilməsini ölkənin iqtisadi vəziyyəti ilə əlaqəlidir. Belə ki, iqtisadi gücü əhalisinin sayına nisbətdə zəif olan Pakistan dərin dövləti (ordusu) sosial narazılıqları yatırmaq üçün mövcud hakimiyyətləri devirib, yerinə yenilərini gətirir. Məqsəd xalqda yeni qüvvələrə ümid yaratmaqla vəziyyətdən çıxmaqdır.
İmran Xan əslində Pakistan Ordusuna yaxın birisi kimi tanınırdı. Onun devrilməsinin ABŞ-ın istəyi ilə baş tutduğu bildirilir. ABŞ Çinin dünyaya açılmasının, xüsusilə Pakistanda möhkəmlənməsinin qarşısını almaq istəyirdi, İmran Xan isə bu tələbə boyun əymirdi. Görünür, Vaşinqton ölkədəki özünə bağlı qüvvələri hərəkətə gətirməklə hədəfini reallaşdırmağa çalışıb.
İmran Xan hökumətinin keçmiş müttəfiqi olan ABŞ-dan uzaq dayanması Çinlə daha rentabelli münasibətlərdən qaynaqlana bilər. ABŞ-dan fərqli olaraq Çin Pakistana daha çox hərbi yardım edir və bu ölkədə qlobal iqtisadi layihələr həyata keçirirdi. Təsadüfi deyil ki, İmran Xanın devrilməsinə ən sərt reaksiyanı da məhz Çin verib. Çin mediasının məlumatına görə, Hindistanın Kəşmiri işğal etməsi ehtimalına qarşı Çin ordusu general Vanq Ye-i Xonun komandanlığı altında 4 briqada ilə birlikdə sülhməramlı missiya adı altında İslamabada doğru hərəkətə başlayıb. Həmçinin Kəşmirdəki sərhədçilərə də "döyüşə hazır ol" əmri verilib.
Pakistandakı vəziyyətin nə ilə nəticələnəcəyi bəlli deyil. Amma o bəllidir ki, ölkədə aranın qarışması Çinin "Bir Kəmər, Bir Yol" layihəsinin Cənub dəhlizini təhlükə altında qoyur.
Layihənin Şimal dəhlizi də Rusiya-Ukrayna müharibəsi nəticəsində faktiki bağlanmış vəziyyətdədir.
Hazırda layihənin toxunulmamış qalan yeganə güzərgahı Orta dəhlizdir. Çin-Orta Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan (və ya Zəngəzur dəhlizi)-Türkiyə üzərində Avropaya açılan bu marşrut üzərindəki ölkələr ABŞ-ın növbəti poliqonuna çevrilə bilər. Böyük ehtimalla, yeni gərginlik mərkəzi kimi Orta Asiya ölkələrindən biri seçiləcək. Özbəkistanmı, Türkmənistanmı, Qazaxıstanmı, yoxsa hər üçümü, bunu yaxın günlərdə görəcəyik.
Azərbaycan da Pakistandakı bu hakimiyyət dəyişikliyindən öz nəsibini ala bilər. 44 günlük savaşda əsas müttəfiqlərimizdən olan Pakistanda yeni hökumətə keçiş ağrılı nəticələr verə bilər. İmran Xanın məğlubiyyətlə barışmaz mövqeyi və müxalifətin quracağı hökuməti tanımayacağını indidən bəyan etməsi parlament daxili çəkişmələrin küçələrə daşınması ehtimalını gücləndirir. Onu da unutmaq olmaz ki, Pakistan ordusunda ABŞ-a bağlı qüvvələrlə yanaşı, Çinlə inteqrasiyaya əhəmiyyət verən komandanlar da az deyil. Pakistandakı bu siyasi böhranın orduda da ciddi parçalanmalara səbəb olacağı gözlənilir. Bu isə narazı kütləni silahlı hesablaşmaların tərəfinə çevirə bilər.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar