Xəbər lenti

Mövqeyimiz dəyişməyib: biz sərhədlərin dəyişdirilməsinin, regionda geosiyasi dəyişikliklərin əleyhinəyik. Sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xəttdir, bu, İranın ən yüksək hakimiyyət orqanları səviyyəsində elan edilib və heç kim bundan yayına bilməz.

Axar.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib.

Onun sözlərinə görə, başqa ölkənin ərazisində eksterritorial dəhliz yaratmağın mənası yoxdur.

“Hesab edirəm ki, Ermənistan ərazisində eksterritorial dəhliz məsələsinin qaldırılmasının beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə və milli suverenliyinə heç bir aidiyyəti yoxdur. Ermənistanın baş nazirinin “Dünyanın kəsişməsi” proqramında qeyd edildiyi kimi, Ermənistan ərazisində istənilən ərazi əlaqəsi bu ölkənin milli suverenliyi altında fəaliyyət göstərməlidir. Ermənistan ərazisində eksterritorial dəhlizdən danışan dövlətlər öz ərazilərində də eyni dəhlizləri yaratmağa hazırdırlarmı? Məncə, xeyr. Ona görə də özləri üçün istəmədiklərini başqaları üçün istəməməlidirlər”, - deyə Sübhani bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 857          Tarix: 3-01-2024, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma