Xəbər lenti

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq ehtimalı azdır, çünki ölkənin təklikdə mövcudluğu onun yoxa çıxmasına səbəb olacaq.

Bunu Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti, G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetindəki sosial-psixoloji proseslər və siyasi təhlil şöbəsinin müdiri Andrey Koşkin NEWS.ru ilə söhbətində bildirib.

Onun sözlərinə görə, həqiqətən də Rusiya ilə münasibətlərdə gərginlik var, lakin ölkələr əlaqələr qurmaqda davam edir.

Politoloqun fikrincə, İrəvandakı bu cür əhval-ruhiyyə Qərbin Rusiya ilə Ermənistanı ayırmaq və Moskvanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmaq istəyindən irəli gəlir.

Bununla belə, o qeyd edir ki, Rusiyanın Ermənistanda təsirini davam etdirməsində maraqlı olan dövlətlər də var ki, onlardan da biri İrandır.

“Ümumiyyətlə, indi planetdə geosiyasi böhranların kəskinləşməsi müşahidə olunur ki, bu da ABŞ-nin mövqeyi ilə bağlıdır. Onlar Ermənistana öz ideyalarını irəli sürmək üçün hər şeyi təklif edə bilərlər, ölkənin NATO-ya daxil olmasına qədər”, - politoloq yekunlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, əgər KTMT İrəvanın ölkənin suverenliyi ilə bağlı qaldırdığı suallara cavab verməsə, respublika bu birlikdən çıxacaq. Onun sözlərinə görə, KTMT öz öhdəliklərini yerinə yetirməli və öz məsuliyyət sahəsini tanımalıdır.

oxu.az 




Ana səhifəyə qayıt        Baxış: 4 020          Tarix: 12-03-2024, 21:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma