Xəbər lenti
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
IMHO
İsa Mirzəyev
Bir həftə öncə Anayasanın 18 maddəsinə dəyişiklik etməklə qardaş Türkiyədə Parlamentli Respublikanın Prezidentli Respublikaya çevrilməsi ilə əlaqədar referendum keçirildi. Bu kardinal dəyişikliyə tərəfdar olanlar “Əvət”-çi, qarşı olanlar isə “ Xeyr”-çi olaraq kampaniya apardılar. Çox cuzi fərqlə “Əvət”-çilər “qalib” gəldilər ( dırnaq içində, çünki “Xeyr”-çilər nəticəni tanımırlar, şübhə altına salıblar, etiraz edirlər.).
Türkiyədə cəmiyyət 2 qarşı tərəfə bölündü, qütbləşdi: “tək adamın” mütləq hakimiyyətinin, analoqu olmayan prezident üsul idarəsinin tərəfdarları ( cümhurbaşqanı, parlament sədri və parlament terkibinin AKP çoxluğu, mövcud iqtidarın cəmi + D. Baxçeli) və Parlamentli Respublikanı müdafiə edənlər ( XC, Vətən partiyaları və ...).
Birincilərin arqumentləri: koalisiya hökümət qurmağa, qalxınmaya; terroru bitirməyə; icra sturukturunun effektiv işləməsinə... imkan vermir.
İkincilərin arqumentləri: hakimiyyət bir nəfərin məhdudiyyətsiz iradəsinə keçir; dövlət başçısı tərəfsiz yox, partiyalı olur; nazirləri, müavinləri( istədiyi sayda və kimi istəyir), KM mütləq çoxluğunu tək başına təyin və azad edir; qanun hökmündə qərarnamələr çıxarır, görəvi istədiyi vaxt, istədiyi şəxsə dövr edir; heç bir məsuliyyət daşımır; məclisi buraxır və kimsəyə hesabat vermir, tam monarx kimi hərəkət edir!
Dəyişikliyə məruz qalmış bu maddələr xalqın müzakirəsinə çıxarılmadı, sənədin müəllifləri bəlli olmadı və nədən buna ehtiyac yarandığı, həm də niyə “qəbulundan” iki il sonra icraya yönəldiləcəyi xalqa izah edilmədi. Dəyişiklik dərhal realizə edilməyəcəkdisə, “ Əvət”-çilər 2019- cu ilədək gözləyə bilməzdilərmi?! Bu müəmmalı tələskənlik “ yanğından mal qaçıranların təlaşı”nı xatırladır.
Kommunist- bolşevik xuntası tərəfindən ADR süquta uğradıldıqdan sonra Atatürk və silahdaşlarının yaratdığı konqreslər ( indiki BMM) vasitəsilə idarə etdikləri MAH-ın sonucu olaraq qurduqları TC bütün müsəlman aləmi xüsusilə türklər üçün bir arxetip oldu. İdarəçiliyin Respublika forması beynəlxalq aləmdə Türkiyənin nüfuzunu qaldırdı. Dünya türkləri üçün qürur mənbəyinə , demokratiya örnəyinə çevrildi. “Türkiyə ayağını atacaq ki, biz izinə baxaq” kimi etiraflarımıza səbəb oldu.
İndi hakimi-mütləqiyyətə doğru referendum keçirildi. Bu ümumxalq səsverməsinin gedişində “Əvət”- çilərin təbliğat- təşviqat kompaniyalarına dövlətin bütün resurslarının nümayişkaranə şəkildə cəlb olunmasına, “Xeyr”- çilərin tədbirlərinə hər cür maneçilik törədilməsinə, YSK- ın səsvermə başlayandan sonra səslərin hesablanması qaydasına əlavələr ( möhürsüz bülletenlər) etməsinə baxmayaraq günün ikinci yarısından sonra “Əvət”-in sürətlə ( 15-18%) aşağı düşməsi və “Xeyir”- in eyni sürətlə yuxarı qalxması baş verdi.
İstanbul, Ankara, İzmir və s. kimi iri şəhərlərdə “Xeyr”- in irəli çıxması da çox maraqlıdır. Nəticələr rəsmi elan edilməmiş iqtidarın ənənəvi “balkon” mərasimini tələsik keçirməsi də şübhələrə əsas verdiyi qənaətindəyəm.
Qanunların uyğulanması bitməmiş, hüquqi müstəvidə iddialar çözülməmiş, şübhələr aradan qaldırılmamış, ATƏT-in son rəyi açıqlanmamış, YSK- ın sonucları rəsmi qəzetlərdə yayınlanmamış tərəflərdən kimisə Partiyamızın da təbrik etməsinə ( hörmətlə yanaşsam da) qatılmıram.
Referendumun resmi elan ediləcək son nəticəsi türk millətinin birliyinə və TC- in əbədiliyinə vəsilə olsun.
Amin!
23.04.2017

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar