Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
“Türkiyə 16 aprel referendumu ilə parlamentli respublikadan prezidentli respublikaya keçdi. Ancaq dəyişiklik tərəfdarları ilə əleyhdarları arasında fərqin çox az olması, xüsusilə, iri şəhərlərdə “yox” deyənlərin üstünlük təşkil etməsi qardaş ölkədə siyasi gərginliyin olacağı ehtimallarını artırır”.
Ovqat.com xəbər verir ki, bunu Ədalət partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Mütəllim Rəhimli bildirib.
Sədr müavinin fikrincə, proseslərin bundan sonrakı inkişafı CHP-nin mövqeyindən asılıdır:
“Hələ səslər tamamilə sayılmamış CHP rəsmilərindən biri bir milyondan artıq səsin saxtalaşdırıldığını bəyan edərək, bunun araşdırılmasına ehtiyac olduğunu deyib. Bu da onu göstərir ki, CHP “yox”çuları meydanlara səsləyə bilər”.
Regionda baş verən olduqca gərgin və qarışıq proseslər fonunda Türkiyənin bu həssas mərhələni itkilərsiz keçməsini arzulayan M. Rəhimli bunun zəminini türk xalqının həmrəyliyində görür:
“Bunun üçün siyasi cəbhələr arasında anlaşmanın əldə edilməsi Türkiyədə vətəndaşlar arasında barışın, sabitliyin və inkişafın əsasını təşkil edər”.
Qeyd edək ki, referendumdan sonra Ədalət partiyası bəyanat verərək, qəbul olunan konstitusiya dəyişikliyini Türkiyə tarixində atılmış mühüm addım kimi qiymətləndirmişdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar