Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) daha 3 idmançının orqanizmində dopinq aşkarlaması ilə bağlı məlumat yayıb. Bu idmançılar arasında güləşçilər Cəlal Süleymanov və Umar İsrailov da var. İdmançılardan Umar İsrailov 48 ay, Cəlal Süleymanov isə 96 ay müddətində idmandan kənarlaşdırılıb.
Cəlal Süleymanov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, qərar ilə razı deyil: “Mən ilk dəfə idi dopinqə düşürdüm. Bunu nəzərə alıb mənə daha az müddətdə cəza verə bilərdilər. Həm də bilmədən dopinq qəbul etmişdim. Amma cəzam çox ağır oldu. Həm də dopinqə düşməyimin rəsmi cavabı olmadığı üçün mən Azərbaycanda keçirilən yarışda iştirak etmişəm. Ona görə də ikinci cəza “Diskvalifikasiya zamanı iştiraka qarşı qadağanın pozulması” olub”.
İdmançı deyib ki, yaşı çoxdur və cəzası uzunmüddətli olduğundan karyerası ilə vidalaşıb: “Hazırda 32 yaşım var, 8 il sonra 40 yaşım olacaq. Ona görə də cəzamın müddətini bilən kimi idmanı atdım. Artıq 4-5 aydır peşəkar idmandan uzaqlaşmışam. Ancaq özüm üçün məşq edirəm. Həm də məşqçi kimi fəaliyyətimi davam etdirirəm”.
Federasiyadan aldığımız məlumata görə, dopinqə düşən legioner idmançımız Umar İsrailov da artıq idman karyerasına son qoyub və vətəninə geri dönüb.
Sputnik Azərbaycan
Paylaş: