Xəbər lenti

 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Bu görüşdə əsirlərin dəyişdirilməsi müzakirə olunacaq. Ermənistan rəhbərliyi bu ilin axırına kimi bu razılaşmaya gedərsə, münaqişənin həllində yeni dönəm başlaya bilər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyan əsirlərin dəyişdirlməsi məsləsinə müəyyən dərəcədə razıdır:

“Amma “Qarabağ klanı”nın təzyiqləri və daxili auditoriyanın maraqlarını nəzərə alan Paşinyan hərəkətə keçməkdən çəkinir. Buna görə də Paşinyan “Qarabağ klanı”na qarşı olan terrorçu Sasna Çrerin lideri Jirayr Səfilyanla görüşərək danışıqlara getdi. Qənaətimə görə, baş nazir əsirlərin dəyişdirilməsində Səfilyandan dəstək almağa çalışır.

Paşinyan çalışır ki, əsirlərin dəyişdirlməsi üçün müəyyən irəliləyişə imza ataraq Qərb qarşısında özünə “sülh adamı” imicini qazansın. Azərbaycanın da gözləntisi budur ki, İrəvan nəhayət, bu məsələdə konstruktiv davransın, bu baxımdan da, Şahbaz və Dilqəmin azad olunması üçün aparılan danışıqlardan müsbət nəticə gözləyir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, hazırda Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır:

“Paşinyan “Qarabağ klanı” və ya keçmiş hakim komandaya qarşı təzyiqləri davam etdirir. Erməni baş nazir digər yandan, ona qarşı gizli çevriliş hazırlanmasından ehtiyat edir. Bu da təsadüfi deyil, hələ də Moskvada nüfuzu olmayan Paşinyanla müqayisədə, ruslar yenə də “Qarabağ klanı”na dəstəyi davam etdirir. Buna görə də Paşinyan gələn il işğal olunmuş Azərbaycan ərazilərində keçiriləcək qondarma seçkilərə kimi bu klanı siyasi meydanda zəiflətməyə çalışacaq”.




Ana səhifəyə qayıt        Baxış: 393          Tarix: 24-10-2019, 17:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma