Xəbər lenti

 

Ölkə təhsilinin idarə olunmasında problemlərin varlığı, təhsil şöbə müdirlərinin, məktəb direktorlarının təyinatı zamanı düzgün olmayan seçimlərin edilməsi və nəticədə ciddi fəsadların yaranması barədə dəfələrlə yazılıb. Ölkə təhsilinin inkişafı, gələcəyi üçün ən müasir standartlara cavab verən məktəblər tikilir, avadanlıqlarla təmin olunur. Di ğəl ki, məktəblərin idarə olunmasında kadr naşılığı və diğər səbəblər bu inkişafa böyük təsir göstərir. Bu hal regionlarda daha qabariq olaraq özünü göstərir. 

Ovqat.com bildirir ki, Bizimxeber.az-ın elektron ünvanına daxil olan eksklüziv məlumata görə, Neftçala şəhər, Milli Qəhrəman Samit İmanov adına 1 saylı orta məktəbin direktoru Ülviyyə Abdullayeva və məktəbin tədris hissə müdiri Dilarə Səfərova ciddi problemlə üzləşiblər. Daha doğrusu, adıgedən hər iki təhsil işçisinin həyat yoldaşı AR CM-nin 234.1-ci maddəsi ilə (narkotik maddələrin aludəçisi)  məsuliyyətə cəlb olunub.

Məlumatda qeyd olunur ki, dikektor Ülviyyə Abdullayevanın həyat yoldaşı Abdullayev Cavanşir Əbülfəz oğlu və tədris hissə müdirəsi Dilarə Səfərovanın həyat yoldaşı Səfərov Namiq Salam oğlu 2 il azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılıb. Hər iki şəxs elektron bilərzik taxmaqla axşam saat 23:00-dan, səhər saat 7:00-a kimi yaşadıqları ünvandan kənara çıxa bilməz.

Beləcə Neftçala şəhəri, Milli Qəhrəman Samit İmanov adına 1 saylı orta məktəbin direktoru Ülviyyə Abdullayeva və məktəbin tədris hissə müdiri Dilarə Səfərovanın həyat yoldaşları narkotik maddələri istifadəsi maddəsi ilə cəza alıblar. Anlamaq çox çətindir. Hər gün məktəblilərə tərbiyə verən bu təhsil işçilərinin şəxsi həyatlarında bu yekəlikdə problem varkən onlar necə təhsil, tərbiyyə verə biləcəklər? Rayonun 1 nömrəli məktəbinin direktorunun ailəsində narkotk maddələrin aludəçisi varkən o necə direktorluq edəcək? İndi siz deyin, bu hadisədən xəbərdar olan məktəbli direktor və tədris hissə müdirini eşidərmi, onun tərbiyəsindən yararlanarmı?

Görəsən, cənab təhsil naziri Ceyhun Bayramov nə düşünür? Onlar məktəb direktoru və yaxud müavin işləyə bilərlərmi, cənab nazir?




Ana səhifəyə qayıt        Baxış: 432          Tarix: 3-11-2019, 01:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma