Məhəmmədəli Abaszadə
Günümüzdə öz aktuallığını qoruyan anlayışlardan biri də mübarizədir. Mübarizə dedikdə nə başa düşürük?
Bu suala cavab axtarmazdan öncə mübarizənin bizim cəmiyyətə necə aşılandığını araşdıraq. Hansısa dini məclisdə iştirak edərkən mübarizə,kamillik sözlərini eşidirik. Reallıqdan xeyli uzaq olan nüans budur ki, kiməsə kamilliyə çatmağı, kamil olmağı tapşırmaqla nəticə gözləyirik. Əgər bir uşaq bunu eşitsə, kor-təbii düşüncəsi ilə ən yaxşı halda “kamil”i bir insan kimi düşünəcək. Həqiqətən çox gülməli bir səhnə alınır.
Sözsüz ki hər kəs deyilən sözü öz mənəviyyatına, intellektinə uyğun olaraq yozur, dərk etməyə cəhd edir. Amma elm adamlarından belə domino effekti yaradan, üstünə pərdə çəkilmiş cümlələrlə cəmiyyətin əksər üzvlərinə kamilliyi izah etməsini gözləmək realizmdən uzaq, xəyalpərəstliyə isə mümkün qədər yaxın görünür.
Kamil insan mübarizəkar olur, ya da başqa sözlə desək, mübarizə aparıb inkişaf edir və kamilləşir. Bizdə əksər hallarda mübarizənin adı var, özünü tapanda isə o qədər sevinirik ki, elə bil buludların üstündə bir yer tapmışıq. Yağış yağanda da göydən inkişaf yağacaq. Biz də əksər inkişaf etmiş sivilizasiyalar içində özümüzə yer tapıb hüquq, demokratiya, elm kimi sahələrdə dünyaya şedevr göstərəcəyik. Bestseller kimi hərkəsin heyranlığına çevriləcəyik. Hal hazırda saydığım sahələrdə kitab rəfinin ən küncündə kağızlarının ucu saralmış, “mənim təqdimatıma gəlmədən mənə dəyər verin” deyən bir yazarın özü qədər əhəmiyyətsiz kitabına çevrilmişik.
Mübarizənin necə aşılanmasına qayıdaq. Ümümiyyətlə mübarizənin nə olduğunu tam dərk etmirik. Türk televiziyalarında belə hallarla rastlaşırıq. Bu hal ədəbiyyatla şeirlə tanış olmayan birinin meyxananı şeir kimi qəbul etməsi ilə ekvivalentdir.
Cəmiyyətimizin hər bir fərdinin mübarizəyə həvəsli olmadığı çox aşkardır. Amma bu mübarizə hissi daxili prinsip olaraq insanın daxilində mövcüddür. Mübarizəni türk televizisiyasında izləyirik, müşahidə edirik, sevdiklərini qorumaq üçün mübarizən apararkən digər insanları öldürürlər. Bu mübarizə edə bilməyib daxilində olan qəzəb hissini oyadan insanın hegemon düşüncə tərzinin məhsulu olmaqdan o tərəfə keçə bilmir.
Müasir sivilizasiyaların dərk etməsi lazım olan bir neçə anlayışlar var. Bunlardan biri kimisə yaşatmaq üçün kimisə öldürmək lazım olmasıdır. Əgər inkişaf edib demokratiya, elm, düzgün cəmiyyət görmək istəyiririksə özümüzü dəyişdirməliyik. Kimisə öldürüb heç nə əldə etmək olmaz. Yoxsa keçmişə qayıdırıq? Mağaraya yaxın gələn bütün varlıqları öldürən bir mağara insanı olmağa çalışırıq?
Paylaş: