Bakı Apelyasiya Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun barələrində hökmdən verdikləri şikayətə baxılıb.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, onların şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Türkiyəyə, oradan da Suriyaya keçərək silahlı qruplaşmaların tərkibində döyüşüblər.
Onlar 2014-cü ildə Azərbaycana qayıdandan sonra həbs ediliblər.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik (təşkilat) yaratma, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə 9 il azadlıqdan məhrumetmə cəzası verilib. (apa)
Paylaş: