Xəbər lenti


Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru
“Yazıçı-publisist” Mehriban Vəzir haqqımda qadına yaraşmayan ədəbiz bir yazı yazmışdı. Qadın olduğunu və yazının sifarişlə yazıldığını nəzərə alıb, onun haqqında bildiklərim bəzi faktları ictimailəşdirmədim.
Məsələnin məğzini bilmədən onu dəstəkləyənlər sırasında Fəhmin Hacıyevin, Ədalət Tahirzadənin, Zəlimxan Məmmədlinin və başqalarının adına rast gəldim.
Mənim nadanlara cavab verməyə həvəsim yoxdur.
Lakin özünü Cümhuriyyət araşdırıcısı hesab edən Ədalət Tahirzadənin Fəhmin Hacıyev və bir sıra nadan və troll sürüsünün sırasında yer alması, açığı, mənə pis təsir etdi.
Məcburiyyət qarşısında qalıb, Ədalət Tahirzadə haqqında bir faktı oxucuların diqqətinə çatdırmağı özümə borc bildim. Bu həm də ölkəmin imic məsələsidir.
Ötən ilin noyabr ayında repressiya qurbanı pedaqoq, publisist, “Azərnəşr”in direktoru olmuş Əhməd Bədi Triniç Rəcəb oğlunun (1893-1936) nəvəsi, iş adamı İrina Triniç ilə İlham Rəhimlinin kitab mağazasında kitab təqdimatında tanış olduq. Son dərəcə kübar qadın olan İrina Triniç mənə çox ibrətəmiz bir hadisəni danışdı. Həmən bu Ədalət Tahirzadə arxivlərdə olan Əhməd Triniç haqqında olan materialları bu xanıma 50.000 dollara satmaq istəyib.
Tahirzadə haradansa öyrənib ki, xanım çox zəngin bir iş adamıdır və babasının adına olan materiallara düşünmədən istənilən məbləği verəcək. Sən demə İrina Triniçin atası Ədalət Tahirzadənin bazarlığından xeyli əvvəl böyük əlaqələrindən istifadə edib, həmin materialların surətini əldə edibmiş. Xanım Triniç bunu ürəkağrısı ilə mənə danışdı. O, açıq şəkildə etiraf etdi ki, bu şəxsə görə bizə qarşı onda müəyyən xoşagəlməz stereotip formalaşıbmış. Yazıçı Adıgözəl Məmmədovla birgə onunla xeyli söhbətdən sonra ölkəmiz və onun insanları haqqında müsbət təəssurat yarada bildik.
Xatırladıram ki, 1919-cu il fevral ayının 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin mühafizə dəstəsinin yaradılması barədə qanun qəbul edildikdən sonra, "İttihad" partiyasının üzvü, cəsur alban oğlu Əhməd Triniç 200 nəfərlik mühafizə dəstəsinin tərkibində olmaq üçün parlamentə müraciət etmişdir.
azpolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 727          Tarix: 13-04-2020, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma