Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Rusiyada koronavirusla bağlı vəziyyət kritikə yaxındır. Virusa yoluxanların sayı hər keçən gün artır. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin 9 may qələbə paradını təxirə salmaq məcburiyyətində qaldı. Halbuki, Kreml sahibi bu tədbiri böyük təmtəraqla keçirməyi planlaşdırırdı, əvvəlcədən xarici dövlət başçılarına dəvətnamələr göndərilmişdi. Kreml son günə qədər ümid edirdi ki, bəlkə virusdan yaxa qurtarıb paradı keçirə bilərlər. Alınmadı.
Bu arada, Qərb mətbuatı Rusiyada ənənəvi olaraq keçirilən bioloji təcrübələr və həmin təcrübələrin qurbanlarının sayı barədə Kremlin susduğunu yazır. Belə ehtimal edilir ki, bu dəfə də Rusiya hakimiyyəti yoluxanların həqiqi sayını gizlədir.
Misal üçün Rusiyada koronavirusa yoluxan və ölkələrinə geri qayıdan xarici ölkə vətəndaşlarının sayı durmadan artır. Bunu gizlətmək mümkün deyil. Bu günlərdə Rusiyadan Çinə geri qayıdan 20 çinlidə koronavirus aşkarlandı.
Elə Azərbaycanın özündə də mənzərə fərqli deyil. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, ölkəmizdə koronavirusa yoluxanların 20 faizi məhz Rusiyadan geri qayıdan soydaşlarımızdır. Buna görə də rəsmi Bakı Rusiya ilə sərhədi açmağa tələsmir. Rusiyadan geri qayıtmaq istəyənlər minlərlədir və onların hamısı Azərbaycanda karantinə alınmalıdır. Bunu isə ancaq tədricən həyata keçirmək mümkündür.
Rusiyanın virusla mübarizə mərkəzi SSRİ dövründən Novosibirsk şəhəri sayılır. Bu şəhərdə “Vektor” Virusologiya Mərkəzi fəaliyyət göstərir. 16 sentyabr 2019-cu ildə bu mərkəzdə partlayışın baş verməsinə dair məlumatlar var.
Maraqlıdır ki, məhz bu ərəfədə həmin mərkəzdə müxtəlif viruslara qarşı vaksinlər üzərində tədqiqatlar aparılırdı. Bu barədə hətta Rusiyanın strateji tərəfdaşı sayılan Çinin mərkəzi orqanları məlumatlar yayıblar. Novosibirskdəki mərkəzdə bu ilin yanvar ayında koronavirusa qarşı iki peyvəndin hazırlandığı barədə məlumatlar yayıldı. Bəzi ekspertlərin fikrincə, peyvənd üzərində iş daha əvvəldən başlayıb, demək koronavirus artıq Mərkəzin laboratoriyalarında mövcud idi. Misal üçün Afrikada geniş yayılan Ebola virusu üzərində əsas tədqiqatlar da məhz Novosobirskdəki mərkəzdə həyata keçirilirdi.
Belə şübhələr var ki, SSRİ dağıldıqdan sonra da Novosibirskdəki mərkəzdə bioloji silahlar üzərində tədqiqatlar aparılır. Halbuki, Rusiyanın imzaladığı müxtəlif beynəlxalq anlaşmalara görə bioloji silahlar üzərindəki təcrübələr dayandırılmalı idi.
SSRİ zamanı həmin mərkəzdəki təcrübələr “virus xəstəliklərinə qarşı mübarizə” adı altında həyata keçirilirdi. Halbuki, söhbət həmin mərkəzdə yeni növ bioloji silahların hazırlanmasından gedirdi. Görünür, Rusiya ənənəyə sadiq qalaraq həmin mərkəzdə həm yeni virus üzərində tədqiqatlar aparır, həm də yeni növ biloloji silahların əldə olunmasına çalışıb. O ki qaldı, rusiyalı rəsmilərin fəxrlə bəyan etdikləri “Ebola qarşı peyvəndi biz tapdıq” açıqlamalarına, beynəlxalq ekspertlər bunu şişirtmə kimi qiymətləndirirlər. Ebola yox olmayıb.
Buna baxmayaraq, Rusiyada koronavirusun mənbəyi kimi ABŞ laboratoriyalarını göstərirlər. Kreml sahibinə yaxın fiqurlardan biri olam millətçi Sergey Qlazyev belə deyib: “Koronavirusu yayan laboratoriyalar Amerikadadır. Vaşinqton bu virusdan dünya iqtisadiyyatını dağıtmaq üçün istifadə edir”.
Bu açıqlamanın məntiqsiz olduğunu koronavirusun yayılma gücü göstərir. Koronavirus ən çox Amerikanı vurub. Dünyada virusa yoluxanların və ölənlərin sayına görə birinci yerdə məhz Amerikadır. Vaşinqton bu virusu “Rusiya, Çin və İranı zəifləmək və dünya iqtisadiyyatını dağıtmaq üçün” necə yayıb ki, ən çox özü əziyyət çəkir?
azpolitika.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar