Xəbər lenti


Vəziyyət arzuolunmaz səviyyədə davam edərsə, karantin rejiminin daha da sərtləşdirilməsi və cərimələrin artırılması müzakirə oluna bilər.

Bunu Teleqraf.com-un sualına cavab olaraq TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, Türkiyə, İsrail, Avropa ölkələrində cərimələrin miqdarı 1000 dollara qədər artırılıb:

"Hətta Hindistanda polis vətəndaşa dəyənəklə müdaxilə edir. Amma düşünmürəm ki, Azərbaycanda buna ehtiyac olsun. Yadınızdadırsa mən demişdim ki, hər kəs ətrafında virusa yoluxmuş insan görəcək.

Bu sözümü fərqli istiqamətə çəkənlər, qarğış kimi qəbul edənlər olmuşdu. Bu sözü deməkdə məqsədimiz o idi ki, insanlar karantin rejiminə əməl etsinlər".



Ana səhifəyə qayıt        Baxış: 2 660          Tarix: 18-06-2020, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma