Xəbər lenti


1986-cı ilin avqust ayının birinci ongünlüyündə baş verən bu xırda, əhəmiyyətsiz hadisəni 15-16 il öncə bir dəfə yazmışam, indi, oxumuş adamların sözü olmasın, onu yeni prizmadan təqdim edirəm.
Həmin vaxt biz oxudumuz ali məktəbin hərbi kafedrasının məzunları olaraq Şəmkirin (o vaxtkı Şamxor) Leninkənd (indiki Çinarlı) qəsəbəsində hərbi toplanışdaydıq. Hərbi and içəndən sonra bizə iki günlük istirahət verdilər, gəldik Gəncəyə (o vaxtkı Kirovabad).
O zaman qrup yoldaşımız Faiq, Bəndalı və Həsənxan Gəncənin “Vtoroy çast” (“İkinci hissə”) adlanan hissəsində ya Avakyan, ya da Əmiryan (bəlkə də Osepyan) küçəsində erməni qadının evində kirayədə qalırdılar. Getdik onlara.

Erməni qadının Krasnodarda yaşayan qızı öz uşaqları ilə tətilə gəlmişdi. Uşaqlardan biri 10-11 yaşında oğlan, o biri 12-13 yaşında qız idi. Biz içəri girən kimi oğlan başladı bizi ermənicə söyməyə. Özü də yaramaz uşaq dişini qıcadıb, hirsli-hirsli söymürdü, irişə-irişə, hırıldaya-hırıldaya söyürdü. Nənəsi acıqlandı, xeyri olmadı, anası təpindi, gədə kirimədi. Arada bacısı gəlib onun ağzını tutdu, evdən çıxardı, dedik, ta qulağımız dincələr. Bayaqdı ha, dığa küçə tərəfdən açıq olan pəncərəmizin önünə gəldi və ordan söyməyə başladı. Başqa nə zibil yeyirdisə, heç, amma onun “mamin-mamin” deməsindən və dilinə gətirdiyi ermənicə feildən anlayırdıq ki, oğraşın niyyəti nədir.
Uşaqlardan biri mızıldandı ki, a gədə, ona qalsa, öz maman da pis deyil, indi biz də onu elə deyəkmi. Anladı, anlamadı, bilmirəm, amma daha da qızışdı. Dedim, qardaşlar, əlimizdən xəta çıxmamış gedək burdan. Düzdür, 10-11 yaşlı uşağa baş qoşub şapalaqlayası deyildik, amma üstünə bərk acıqlansaydıq, gərək Faiqgil daha o evdə qalmayaydılar.
Nəysə, bir hovur dincəlməmiş çıxdıq şəhərə ki, söyüşcül uşağın murdar hırıltısını və söyüşlərini eşitməyək.

Yolda soruşdum ki, ay uşaqlar, siz o dığaya nə demisiniz ki, o, bizi kirimədən söyürdü. Qrup yoldaşlarım and içdilər ki, iki aylıq tətildən sonra Gəncəyə iyulun 31-i gəliblər, ayın 1-də səhər tezdən isə “sbor”a gediblər, krasnodarlı qonaqları indi görürlər. Amma dostlardan biri lakonik şəkildə belə cavab verdi: “Ermənidirlər dəə... Uşaqların qulağını körpəlikdən doldururlar, onlar da bizi düşmən sayırlar”.
Buna qədər bu söhbəti çox eşitmişdim, o qədər də inanmırdım, amma əyani şəkildə gördüyüm hadisə təsdiq etdi ki, deyilənlər havayı sözlər deyil.
86-cı ildə nə olmuşdu ki? “Kür, Araz, Ararat, gözəldir bu həyat, Qardaş olub Hayastan, Azərbaycan” mahnısı oxunan vaxtlar idi. Zeynəb Xanlarova ləbələb dolan “Razdan” stadionunda erməni xalq mahnısı “Nune”ni oxuyanda millət alqışlamaqdan əldən gedirdi, Bakıda, Sumqayıtda erməni-azərbaycanlı cütlüklər sarmaş-dolaş gəzirdilər, hər iki millətdən olan qonşuların mehribanlığı dillə deyilirdi. Amma Krasnodardan gəlmiş 11 yaşlı erməni uşaq bizi pis-pis söyürdü.
Deməli, o uşağın qulağına bir şeylər pıçıldayan olmuşdu, ona ailə tərbiyəsi bu cür verilmişdi və o, öz uşaq ağlıyla qanmışdı ki, adam “hayes” deyilsə, “türkes”dirsə, demək, düşməndir.
İndi o uşaq böyüyüb, 45 yaşlarında yekə kişidir. Əmin olun ki, bu saat onun 20 yaşındakı oğlu-qızı da bizə o cür nifrət edir, daha betər söyür. Los-Ancelesdə, Brüsseldə, Londonda, Torontoda üstümüzə cumanlar o krasnodarlı, “vtoroy çastlı”, xutorlu, tuğlu, çartazlı, vanadzorlu ermənilərin uşaqlarıdır.

Daha bir misal. Kəndçimiz Fariz danışır ki, 1977-78-ci illərdə əsgərlikdə olanda onların hərbi hissəsində bir Hadrut ermənisi də olub. Bunlar 5-6 azərbaycanlıymış, erməni isə tək imiş, ancaq hamısı bir yerdə “zemlyak” deyə-deyə oturub-dururmuşlar və azərbaycanlılar kiminsə ermənini təkləməsinə imkan vermirmiş. Bir gün Fariz Sibir tərəfdə olan sinif yoldaşından belə bir məktub alır ki, bəs bizim “çast”ımızda vəziyyət yaxşı deyil, mən təkəm, ermənilər çoxdur, məni incidirlər, düşmən hesab edirlər. Fariz həmin ermənini yanına çağırır, məktubu ona oxudur. Erməni əsgər deyir, Abışov, bunun mənə nə dəxli var, mən burdayam, ermənilər orda. Fariz deyir ki, Robert, bunun sənə o dəxli var ki, orda olsaydın, sən də onu incidənlərdən biri olacaqdın.
Durum budur. Dediyim odur ki, bu gün hansısa xarici ölkədə olsaq və qeyrətə boğulub, soydaşlarımıza qahmar çıxsaq, döyülb-döyülənlərdən biri də biz olacaqdıq. Çünki indiki böyük faşistlər əl çəkmir, sağdan-soldan soxulurlar.

Heç kəs ümid etməsin ki, bu düşmənçilik 40-50, 100 ilə bitəcək. Səngiyə bilər, yumşalma olar, gəliş-gediş bərpa olunar, amma nə qədər ki, ermənilər övladlarına o cür tərbiyə verirlər, bir gün 11 yaşlı uşaq dəhlizdə qabağımıza çıxacaq və... ara yerdə öz göyçək mamasını hədəf halına gətirəcək.
Hazırda vəziyyət həm də ona görə qəlizdir ki, biz də son 30 ildə dinc durmamışıq, bizim uşaqlar da artıq dostumuzun kim, düşmənimizin kim olduğunu bilirlər.musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 987          Tarix: 3-08-2020, 14:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma