Xəbər lenti


Hacı Zeynalabdin Tağıyevin heykəli tam hazırdır və açılış zamanı deyilsə, biz həmin vaxt onu təyin olunmuş yerinə qoya bilərik.

Bu barədə Trend-ə açıqlamasında Hacı Zeynalabdin Tağıyevin heykəlinin müəllifi Xalq rəssamı Xanlar Əhmədov deyib. Onun sözlərinə görə, heykəl artıq hazırdır və onun açılışı pandemiya səbəbindən yubanır:

“Xeyriyyəçi Hacı Zaynalabdin Tağıyevin heykəli hələ mart ayından hazır idi və Novruz bayramı ərəfəsində açılışı gözlənilirdi.

Təəssüflər olsun ki, ölkəmizdə yaşanan koronavirus pandemiyası səbəbindən bu açılış təxirə salındı. Heykəl tuncdan tökülüb. Ölkədə koronavirus pandemyası bitəndən sonra heykəlin ucaldılması ilə bağlı qərar verilərsə, biz onu çox qısa bir zamanda təyin olunmuş yerinə qoya bilərik”.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəli Bakıda İstiqlaliyyət küçəsində, "İçərişəhər" metrostansiyasının qarşısında quraşdırılacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 939          Tarix: 3-09-2020, 21:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma