Bu oyunda ermənilər işğal altındakı torpaqlarımızdan çıxarılır. Qara fiqurlarla oynayan oyunçu isə heç vaxt qalib gələ bilmir. Bərdəli fizika müəlliminin 9 ilə hazırladığı bu qeyri-adi oyunu sizlərə təqdim edirik.
Bu oyunda qara fiqurlarla oynayan oyunçu heç vaxt qalib gələ bilmir...
Bərdənin Mustafaağalı kənd sakini Qərib Hüseynov şahmat oyunu əsasında yeni oyun ixtira edib. 17 gedişdən ibarət olan oyunun əsas məqsədi işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etməkdir.
Fizika müəllimi olan Qərib Hüseynov bu oyunun hazırlanmasına 9 ilə yaxın vaxt sərf edib. Şahmat mübarizə oyunu olduğu üçün Qərib Hüseynov da bu mübarizəni Qarabağ məsələsinə çevirib.
Bu qeyri-adi oyun iki nəfər arasında oynanılır. Ancaq oyun ele qurulub ki, qara fiqurlardan ibarət olan daşların oyunda qalib gəlməsi mümkün deyil. Qərib Hüseynov deyir ki, nə qədər güclü şahmatçı olsa belə bu oyunda qara fiqurlarla qalib gələ bilməz.
Bu da o mənaya gəlir ki, hansı yolla olur-olsun düşmən işğal altındakı torpaqlarımızdan çıxarılacaq.
Paylaş: