Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 19:12
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
Vətəndaş Həmrəyliyi Partiyası Rusiyanın Novosibirsk vilayətində yol polisinin19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi güllələyib öldürməsinə və sonra da qanının batırılması cəhdinə etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir:
"Məlum olduğu kimi, bir neçə gün öncə Novosibirskə yol polisi müfəttişi Alksandr Qosev bu şəhərdə yaşayan soydaşımız Vəkil Abdullayevi güllələyərək öldürüb. Qatil polis öncə həbs olunsa da bir nçə gün sonra azadlığa buraxılıb və ardınca xüsusi təyinatlı polislər hadisə yerində olan iki azərbaycanlı gəncin yaşadığı ünvanlara basqın edərək, onları kobudluqla həbs ediblər.
Baş vermiş hadisə açıqdan açığa azərbaycanlılara qarşı qərəz, vəhşi münasibətin göstəricisidir. Hadisənin videogörüntülərindən də aydın olur ki, polisin atəş açmağına heç bir zərurət yox idi.
Qatil polisin Rusiya prezidentinin qrup yoldaşı olan İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin göstərişi ilə azad edilməsi xüsusi diqqət çəkir. Soydaşlarımıza qarşı məhz azərbaycanlı olduqlarına görə Rusiya polisinin, eləcə də digər qurumların qeyri-insani, hüquqdan kənar davranışı ilk hal deyil. Bütün bunlar Azərbaycan ictimaiyyətində ciddi etiraz yaradır.
Vətəndaş Həmrəyliyi Partiyası hadisənin obyektiv araşdırılıb hüquqi qiymət verilməsini, gərəkən cəzanın verilməsini tələb edir. Azərbaycanın hüquq mühafizə orqanları və Rusiyadakı səfirliyi Novosibirsk də baş verən cinayətin ədalətli araşdırılması üçün Rusiya tərəfi ilə danışıqlara başlamalı, Azərbaycan icması da bununla bağlı məlumatlandırılmalıdır.".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar