Xəbər lenti

Ermənistanın sabiq müdafə naziri Seyran Ohanyan yenə zəvzəyib və bəzi nəsnələrdən baş çıxara bilmədiyini dilə gətirib. Bu adamcığaz hərbi canidir - Qarabağımızı viran qoyanlardan, insanlarımızı qətlə yetirənlərdən biridir və 44 günlük müharibədəki total məğlubiyyətdən sonra, zaman-zaman sərsəm çıxışlar edərək, sadəcə özünü yada salır. Bu, yaxşıdır və onun hakim qarşısına çıxarılacağı günü yaxınlaşdırır…

Erməni mənbələrinin məlumatına görə, Seyrançik sentyabrın 15-də Milli Məclisdə yenə danışıb və sarsaq bəyanatlarla yadda qalıb. O bildirib ki, Ermənistanın indiki hakimiyyəti ölkənin müdafiə qabiliyyətinin artırılmasına xidmət etmir və başa düşülən deyil ki, Ermənistanın cənub-şərqi «bir güllə belə atılmadan təhvil verilir», o zaman ki, hələ də sərhədlərin delimitasiyası və demarkasiyası barədə heç bir müqavilə yoxdur və s.

«Ermənistan və Azərbaycan arasında sərhədlərin sovet xəritələri əsasında müəyyən edilməsi nə deməkdir? Onların hansı hüquqi əsasları var, onlar harada tanınıb?...» - Seyrançik sarsaqlayıb.



Ana səhifəyə qayıt        Baxış: 3 274          Tarix: 16-09-2021, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma