Xəbər lenti

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki,Britaniyanın Müdafiə Nazirliyi bu səhər verdiyi açıqlamada bildirib: “8 000 nəfərə yaxın Britaniya ordusu hərbçisi, soyuq müharibədən bəri ən irimiqyaslı tədbirlərdə iştirak edəcək, bu bahar Avropa miqyasında bir sıra planlı təlimlər keçirəcək”.

NATO qüvvələri ilə birlikdə keirilən və bəzisi bu həftə başlamış təlimlərin Finlandiya, Polşa və Estoniyadan Şimali Makedoniyaya qədər olan ölkələri əhatə edəcəyi bildirilib. Britaniyanın Müdafiə Nazirliyi həmin təlimlərə NATO və Ortaq Səfər Qüvvələri müttəfiqlərinin də on minlərlə hərbçisinin iştirak edəcəyini vurğulayıb.

Britaniyanın Müdafiə naziri Ben Vollas deyib: “Avropanın təhlükəsizliyi heç bu qədər mühüm olmamışdı. Bu təlimlər qüvvələrimizin soyuq müharibə dövründən bəri ən böyük ortaq tədbirlərimizdəndir”.

Finlandiyada, Litva-Estoniya sərhədində təlimlər keçiriləcək.

May ayında Litva-Estoniya sərhədində Fransa və Danimarka hərbçilərinin də qoşulacağı təlimdə 18 000 NATO hərbçisi iştirak edəcək.

Hazırda Polşada, Şimali Makedoniyada təlimlər keçirilir.



Ana səhifəyə qayıt        Baxış: 2 852          Tarix: 29-04-2022, 21:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma