Xəbər lenti

 

Bu gün demək olar ki, 5 nəfərdən 3-ü bahalı avtomobil, telefon və digər avadanlıqları kreditlə alıb, hər ay bu məbləği ödəmək üçün böyük zəhmət çəkirlər. Bir çox hallarda kredit borcunu ödəməkdə çətinlik çəkən müştərinin mülkü müsadirə olunur. Ən yaxşı halda isə ödənişi tam bitirə bilir. Bu zaman da, əldə etdiyi model dəbdən düşür və hər şey yenidən başlayır.
Varlı insanların həyatına nəzər salanda isə tam əksinin şahidi oluruq. Bəlkə də, elə ona görə varlana biliblər.
Altun.az varlıların əməl etdiklər 9 qızıl qaydanın siyahısını təqdim edir.
Onlar çox vaxt ikinci əl əşyalar alırlar
Onlar geyimə, ev əşyalarına və avtomobilə fantastik məbləğdə pullar ödəyərək, özlərini ətrafdakılara sübut etməyə çalışmırlar. Əgər bir əşyanın keyfiyyətində qüsur yoxdursa və yeni kimi görünürsə, düşünmədən əldə edirlər.
Оnlar sərfəli əşyalar alırlar
Varlı insanların psixologiyası belədir - onlar aylıq gəlirləri ilə demək olar ki, eyni məbləğ təşkil edən kreditlərə girmirlər. Bu hərəkəti axmaqlıq sayır və həyatlarının ən gözəl illərini kredit stressi ilə keçirməkdən imtina edirlər.
Onlar uzunömürlü əşyalar almağa üstünlük verirlər
Çox ucuz qiymətə alınmış əşya, yaxud məhsul ikiqat zərər və xərc deməkdir. Odur ki, varlılar, lazım gələrsə, keyfiyyətli məhsula kifayət qədər pul ödəyib, əldə etməkdən çəkinmirlər. Çünki bəzi əşyaların alış-verişi zamanı edilən qənaət büdcəyə ikiqat zərər deməkdir.
Onlar gözləməyi bacarırlar
Psixoloqlar çox maraqlı təcrübə keçiriblər. Həmin təcrübəni təqdim edirik:
Bir qrup insana iki variant təklif ediblər. 1) onlara elə indicə 5 dollar verəcəklər 2) bir az da artıq gözləsələr, 10 dollar verəcəklər.
Maraqlıdır ki, iştirakçıların çoxu elə oradaca, 5 dolları almağı üstün tutublar. Yalnız bir neçə şəxs kifayət qədər gözləyərək, 10 dollar əldə etmək istədiklərini bildiriblər.
Məhz bu təcrübəyə əsaslanaraq varlı və kasıb insanları ayırd etmək olar. Varlılar öz sərvətlərini artırmaq üçün qəfil qərarlar qəbul etmir, daha təmkinli davranırlar.
Onlar təqaüdə çıxmırlar
Heç sübhəsiz ki, varlı şəxslər də, istirahət edirlər. Təqaüdə daha gec yaşda çıxırlar. Çünki daim vacib işlər görüb, küllü miqdarda pul qazanan şəxs üçün bütün gün işsiz oturmaq mənasızdır.
Onlar qənaətcildirlər
Hər gün marketoloqlar bizi hipnoz edərək, gərəksiz əşyalara pul xərcləməyə vadar edirlər. Varlı şəxslər isə bu tələyə düşmürlər, çünki həmin marketoloqlar məhz onların reklamlarının baş qəhrəmanlarıdır.
Onlar büdcələrini planlaşdırılar
Bütün varlılar öz büdcələrini planlı şəkildə xərcləyirlər. Onlar bunun üçün ən xırda məbləğı də gözə alır, gəlirlərini düzgün hesablayırlar. Bunu sıravi vətəndaş da, aylıq maaşını gərəkli hissələrə bölərək, edə bilər.
Onlar kənardan varlı görünmürlər
Nəhayət ən əsas bənd - varlı insanlar zəngin görünmək üçün heç nə etmirlər. Səbəb isə sadədir. Onların özlərini sübut etməyə ehtiyacları yoxdur. Pul qazanmaqda əsas məqsədləri daha çox səhayət edib, həyatdan tam zövq almaqdır. Ətrafdakıların bunu görüb-görməməyi onları maraqlandırmır.




Ana səhifəyə qayıt        Baxış: 824          Tarix: 26-07-2017, 22:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma