Xəbər lenti


“ABŞ hökumətinin maliyyələşməsindəki qarışıqlıq və çaşqınlıq Rusiyanın əlinə işlədi”.

 

Ovqat.com-un məlumatına görə, bu barədə ABŞ-ın istefada olan general-leytenantı Mark Hertlinq CNN-ə açıqlamasında bildirib.

 

Generalın fikrincə, ABŞ-ın daxili problemləri və Ukraynaya yardımı azaltması müttəfiqlərə Vaşinqtonun etibarsız biri olduğunu göstərdi.

 

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Kiyevə hərbi dəstəyin kəsilməsini nəzərdə tutan və Konqres tərəfindən təsdiqlənmiş qanunu imzalayıb. Bu da həm Avropada, həm də Ukraynada böyük xəyal qırıqlığı yaradıb. Mütəxəssislərin fikrincə, ABŞ-ın bu qərarından sonra Kiyev Avropanın da dəstəyini itirmək və Rusiya ilə təkbaşına qalmaq riski ilə üzləşib. 

 




Ana səhifəyə qayıt        Baxış: 4 310          Tarix: 3-10-2023, 04:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma