Xəbər lenti


Ermənistan dünya aviasiyasının qara siyahısında öz yerini möhkəmlədir.

Axar.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin keçmiş müşaviri Akop Çaxaryan deyib.

“Ermənistan Mülki Aviasiya Komitəsi fevralın 21-də BƏƏ Mülki Aviasiya Baş İdarəsindən erməni qeydiyyat nömrəsi EK-FAA olan Boinq-737 təyyarəsinin oğurlanması haqqında teleqram alıb. Tallindən uçan təyyarə İrəvanda eniş etməli idi. Bunun yerinə havada qərar verilib ki, texniki xidmət üçün təyyarə BƏƏ-yə aparılsın. Texniki qüsur ucbatından təyyarə Tehranda eniş edib.

Erməni təyyarəsinin ələ keçirilməsi? Növbəti fırıldaq, yoxsa Ermənistan mülki aviasiyasında peşəkar səriştəsizlik?” – deyə o bildirib.
Erməni ekspert Suren Sərkisyan isə təyyarənin İrana naməlum şəraitdə verildiyi və ya satıldığını yazıb:

“İrana beynəlxalq sanksiyaların tətbiq edilməsinə baxmayaraq, Ermənistanın aviasiya sahəsinin səlahiyyətli şəxslərinin bu təyyarəni qonşu dövlətə verməsi təəccüblüdür. Bir neçə gün əvvəl həmin “Boinq-737” Ermənistana enməli idi, ancaq Tehrana eniş edib. Xatırladıram ki, ABŞ

qanunvericiliyinə əsasən, ABŞ istehsalı olan malları İrana satan və ya verən istənilən şirkətə, yaxud dövlətə rəsmi Vaşinqton sanksiya tətbiq edə bilər”.



Ana səhifəyə qayıt        Baxış: 2 565          Tarix: 23-02-2021, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma