Xəbər lenti
 
 
Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə tanınmamış Luqansk Xalq Respublikasının (LXR) "xalq milisi" arasında döyüşlər başlayıb.
 
Ovqat.com-un bildirdiyinə görə, bu barədə “LXR xalq milisi"nin keçmiş rəsmi nümayəndəsi Andrey Maroçko öz Telegram kanalında məlumat verib.
 
Məlumata görə, döyüşlər Mixaylovka qəsəbəsində başlayıb. Döyüşlərin ağır silahlarla başladığı, daha sonra atıcı silahlardan və minatanlarla davam etdiyi bildirilir.
 
Yerli sakinlər sığınacaqlara pənah apardıqlarını və evlərin divarlarına çox sayda güllələrin dəydiyini yazırlar. Atəş zonasında fəaliyyət göstərən məktəb də var.
 
Qeyd edək ki, Luqansk 2014-cü ildə Rusiyanın təşviqilə Ukraynadan ayrılaraq müstəqilliyini elan edən vilayətlərdən biridir.


Ana səhifəyə qayıt        Baxış: 4 456          Tarix: 10-03-2021, 20:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma