Xəbər lenti
 
 
“Krım Rusiya ilə əbədi olaraq qalacaq, ABŞ başda olmaqla Qərb bunu dəyişdirə bilməz”.
 
Ovqat.com xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Krım 24” telekanalına müsahibəsində belə deyib.
 
O, Krımın Rusiyaya qovuşmasını ölkənin yaxın tarixində “yeni bir epoxa” adlandırıb.
 
"Yeddi il əvvəl beynəlxalq hüquqa tam uyğun olaraq yarımadanın Rusiya Federasiyasına girməsi üçün səs verdiniz”, - deyən Lavrov vurğulayıb ki, bu hadisə BMT Nizamnaməsində təsbit edilmiş xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi normasına cavab verir. “Bu referandum millətçilərin və neo-nasistlərin təhdidləri fonunda krımların maraqlarını, ləyaqətini və həyatını qorumağın yeganə yolu oldu.  Krımın taleyi və gələcəyi, kiminsə xoşuna gəlməsə də, sonsuza qədər Rusiya ilə bağlıdır. ABŞ-ın rəhbərlik etdiyi Qərb dövlətlərinin heç biri bu reallığı dəyişdirə bilməz - nə beynəlxalq hüquq, nə siyasi, nə də mənəvi baxımdan”, -  Lavrov belə deyib.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 5 626          Tarix: 16-03-2021, 22:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma