Xəbər lenti

 
İranın bu il Arak Ağır Su Reaktorlarını soyutma sistemlərini tam işlətmək məqsədilə sınaqdan keçirəcək.
 
Ovqat.com “Reuters” Agentliyinə istinadən məlumat verir ki, İran Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kəmalvəndi bu iddia ilə çıxış edib.
 
Kəmalvəndi, Arak reaktorunda soyutma testinin Novruz bayramında işə salınacağını bildirib.
 
Qeyd edək ki, 2015-ci ildə Almaniya və BMT TŞ-nın Daimi Nümayəndəsi olan dövlətlərlə bağladığı “nüvə sazişi”nə görə İran məhdud miqdarda ağır su istehsal edə bilər. Müqavilədə İranın ağırlaşdırılmış sudan yalnız tibbi materialların və kənd təsərrüfatı məhsullarının istehsalında istifadəsinə izn verilir. Fəqət Arak Ağır Su Reaktoru İranın dinc məqsədli nüvə çalışmaları üçün xeyli böyük təsisatdır və ekspertlərin fikrincə, bu radiatorlardan plutonyum bombasının partlayıcısını istehsal etmək mümkündür. Hansı ki, II Dünya müharibəsindən sonra ABŞ-ın Yaponiyaya atdığı iki atom bombasının tərkibində plutonyum maddəsi aşkarlanmışdır.


 
2015-ci ildə aparılan nüvə danışıqları zamanı Qərb ölkələri Arak Ağır Su Reaktoru ilə əlaqədar bu narahatlıqlarını dilə gətirmiş, İrandan müəssisəni bağlamasını və daha az miqdarda plutonyum istehsal edəcək başqa bir reaktorun quraşdırılmasını tələb etmişdilər.
 
İran isə tibbi ehtiyaclarını irəli sürərək, ona radioizotopların lazım olduğunu bildirib əvvəl bu tələbləri rədd etmiş, daha sonra normal gücünün beşdə biri nisbətində plutonyum istehsalı üçün reaktorun yenidən qurulması şərti ilə razılaşmaq məcburiyyətində qalmışdı.
 
İki il davam edən ağır sövdələşmələrdən sonra 2017-ci ilin aprelində Arakdakı reaktorun yenidən qurulmasına dair növbəti müqavilə imzalanmış, lakin ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra razılaşmanın həyata keçirilməsi prosesi yavaşlamışdı.
 
İranın Arak Ağır Su Reaktorunu yenidən işə salması Qərblə bu ölkə arasındakı mübahisələrin bir daha qızışacağına yol aça bilər. 


Ana səhifəyə qayıt        Baxış: 6 344          Tarix: 19-03-2021, 17:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma