Xəbər lenti

Fevralın 21-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranın paytaxtı Tehrana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, R.Qrossi İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi və digər rəsmi şəxslərlə görüşərək, rəsmi Tehranın nüvə proqramı çərçivəsində həyata keçirdiyi işlərlə tanış olacaq.

Qeyd edək ki, ABŞ-da yeni Prezident seçilən Co Bayden administrasiyası İranla danışıqları davam etdirmək istəyində olduğunu bildirib. İran isə danışıqların yalnız sanksiyalar aradan qalxdıqdan sonra mümkün olacağını bəyan edib.

İran mətbuatının yazdığına görə, R.Qrossinin səfəri İranla Qərb dövlətləri arasında danışıqların yeni mərhələsinin başlanmasında əhəmiyyətli rol oynayacaq. Səfərdən sonra R.Qrossi hesabat hazırlayacaq. Hesabatda İranın nüvə proqramı çərçivəsində gördüyü işlər barədə məlumat veriləcək. Əgər BAEA-nın hesabatında İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi bildirilsə, danışıqların davam etdiriləcəyini söyləmək olar.



Ana səhifəyə qayıt        Baxış: 2 586          Tarix: 21-02-2021, 14:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma