Xəbər lenti

 
"İşğaldan yeddi il sonra Moskva Rusiya vətəndaşlıqdan imtina edən Krım sakinlərini təqib etməyə və cəzalandırmağa davam edir. 20 mart 2021-ci ildən etibarən Rusiya Federasiyasının vətəndaşı olmayanlara Krımda torpaq sahibi olmaq qadağandır - bəzi bölgələr xaric, demək olar ki, bütün yarımada ərazilərində".
 
Ovqat.com xəbər verir ki, Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi Yevgeni Tsimbalyuk dünən ATƏT-in Daimi Şurasının iclasında belə deyib.
 
Diplomat bildirib ki, Ukrayna Rusiya Prezidentinin müvafiq fərmanını "işğalçı dövlətin beynəlxalq humanitar hüquq normalarına zidd qanunsuz hərəkəti" kimi qiymətləndirir və qətiyyətlə pisləyir: "Bu Fərman məcburi mülkiyyət qanuni olaraq etibarsızdır: Krım işğaldan azad olunandan sonra işğalçı dövlət tərəfindən pozulan torpaq mülkiyyətçilərinin hüquqları tamamilə bərpa ediləcək" .
 
Tsimbalyukun iddiasına görə, işğaldan sonra Putinin ətrafı və yerli "məmur" adlandırılan bəzi şəxslər əlavə gəlir əldə etmək üçün Krımdakı özəl müəssisələri və torpaqları “oğurlayıblar”. "İş adamının uğurunun korrupsiyalaşmış rejimə sədaqətindən birbaşa asılı olduğu Rusiya idarəetmə modeli işğal altındakı Krımda da həyata keçirilir. Biz vasitəçi dövlətləri bu barədə məlumatlandırmışıq. Məsələn, keçən dekabr ayında bir Ukrayna konserni qanunsuz satılıb. Putinin dostlarından biri olan Yuri Kovalçuk tərəfindən idarə olunan “Bank Rossiya”nın törəməsi olan "Massandra" həmin konserni mənimsəyib”.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 719          Tarix: 26-03-2021, 09:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma