Xəbər lenti
 
 
Cəmşid Dərələyəzli
 
 Bütün Türk dünyasının dəyərli simalarından biri və  Türk Şurasının fəxri sədri olan Nursultan Nazarbayev qurumun 31 martda keçirilən toplantısında çıxışında dedi ki, “Bu gün mən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır”.
 
 Bəli, hər bir real  tarixi zaman yazar. Yoxsa qalan vaxtlarda düşündüklərimiz sadəcə arzu olar və arzulardan da tarix yazılmaz. Lakin, tarix də arzulardan doğar. Yəni bir şeyi arzu etməsən, ona qovuşmaq üçün mücadilə aparmasan, heç də hər şey gerçək olmaz. 
    
Millət olaraq, yüz illərdir dağıdıldıq, parçalandıq, amma yenilmədik. Xəyallarımızı, arzularımızı həmişə ağlımızda, dilimizdə tutduq. Ki, biz nə vaxtsa bir olacağıq, Təbriz, Dərbənd, Borçalı-Qarayazı, İravanla yenə də bütöv Azərbaycan olacağıq. Ən tezi isə, yaxın tariximizdə bizdən qoparılan Qarabağımızı geri alıb, Şuşanın Cıdır düzündə bayram tonqallarımızı yenə qalayacağıq. Bəli, gün gəldi, zaman gəldi, xəyallarımız, arzularımız gerçək oldu. Nəhayətdə   Qarabağ Azərbaycan oldu. Ölkə Başçısı Qarabağda, Şuşada o tonqalı yandırdı və bununla həm də erməniləri, erməni havadarlarını   yandırdıq. 
   
Qarabağın azadlığı, həm də gələcək xəyallarımızın gerçəkləşməsi yolunda ümid çırağını yandırmış oldu. Bu qələbə ilə, yüz illərdir bu yolda vətən sağ olsun deyib şəhadət şərbətini içən şəhidlərimizə olan vəfa borcumuzu qaytardıq. Bu qələbə həm də alnımıza vurulmuş namus ləkəsini silib, bizi böyük bir utancdan qurtarmış oldu.
      
Bu arzumuzu gerçəkləşdirən, başda Ali Baş Komandan olmaqla, şəhadət şərbətini içib, qanı ilə   Qarabağda zəfər dastanını yazan, müzəffər Azərbaycan  ordusuna    alqış deyir və şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirik.   
     
Amma nə yazıq ki, bu qələbəni  sinirə bilməyib, şəhidlərimizin ruhuna hörmətsizlik edərək, içdən və xaricdən sapı özümüzdən olanlar, gecə -gündüz küfürlə danışıb, ermənilərdən çox belə, bu qələbəni küçük düşürməyə çalışan bədxah qüvvələr yenə də iş başındadılar. Amma düşündükləri, danışdıqları vız gələr artıq. Çünki, Azərbaycan xalqı yeməz bu qanı pozuqların dediklərini. Əslində onlar bu qələbənin böyüklüyünü görürlər, lakin dilə gətirmirlər ona görə ki, bu qələbə onların əsil amaclarını suya düşürdü.  Ona görə də, gecə -gündüz qara yaxmaqla məşquldurlar. Ki, guya “Şuşa alınmayıb, Xankəndi verilib, Torpaqlar əslində satılıb, rusları qəsdən Azərbaycana soxdular” və  daha nələr, nələr. 


    
Yetmədi, sonra da başladılar ki, bəs biləsiniz ermənilərə Xankəndində işıq, qaz verilir. Demirikmi, Xankəndi bizimdir? Bəs onda nədir bu hay-haray, ay haydutlar?! Əslində ay bədbəxtlər, bununla biz bütün olanları yaddan çıxarıb nə erməniləri bağışlayırıq, nə də ki onlarla birgə yaşayışın arzusundayıq, sadəcə dözməliyik. Dözməliyik ona görə ki, bütün istəklərimizə çataq. Hansı ki, şəxsim də onların nə mal olduğunu gözəl bilirəm. Əslən Dərələyəzliyəm. Bu haylar dəda -babalarımızın başına son yüz ildə olmazın bəlalarını gətiriblər. Gözlərinin qabağında doğmalarını  heyvan damlarına yığıb, diri-diri odlara qalayıblar. Kürəklərinə qaynar samavarları   bağlayıb, yandırıblar. Yetmədi, 1988-ci ildə vətənimizdən didərgin salındıq. Xocalı qətliam gününün sabahı Ağdam məscidində olmuş və Xocalıların başına gətirilən müsibətləri öz gözlərimlə görmüşəm. Son vətən müharibəsində yaxın ailəmizdə bir evdən iki şəhid vermişik. Amma bütün bunlara rəğmən mövzu  Dövlət və Dövlətin bəqası (dayanıqlığı) olanda, vətən sağ olsun deyib, hər şeyi sinəyə çəkməyi də bacarmalıyıq.
      
Bütün bu gerçəkləri görməzdən gələnlər, yetməmiş kimi belə bir həssas dönəmdə  Türkiyənin ana muxalifəti kimi başladılar, patatest (kartof) üzərindən də siyasət yapmağa ki, guya xalqın qeydinə qalırlar. Hansı ki, o “siyasət” yapanların    arxalarında özləri kimi üç -beş adamdan savayı heç kimləri yoxdir. Əksəriyyəti isə  bir addan, bir çantadan və özlərindən ibarət boş boğazlardan ibarətdir. Belələrinin yanğısı millət, vətən, dövlət və dövlətin bəqası deyil. Onların əsil yanğısı İlham Əliyevdir. 5-ci kolonun da həmçinin.
    
Amma bununla onlar heç nəyə nail ola bilməyəcəklər. Çatlasalar da, partlasalar da, artıq   Qarabağ Azərbaycandır. Onun da Prezidenti, bu şərəf tarixini şanlı Azərbaycan ordusu ilə birgə yazan İlham Əliyevdir.  O İlham Əliyev ki, müharibə dövründə, həm də müharibədən sonra  həm masada, həm də sahədə davranışı, cəsarəti və çıxışları ilə sübut etdi ki, o tək liderdir, həm də bir nömrəli vətənpərvərdir. Hətta sübut etdi ki, (əvvəlki yazılarımda da demişdim)  bu vətən üçün lazım gələrsə əgər, səngərdəki əsgər qədər gözünü belə  qırpmadan şəhadət şərbətini içməyə də hazırdır. Bunun fərqində olmadığımızı sananlar yanılırlar.     


    
Bəzi gerizəkalılar bir şeyi anlamırlar ki, dünyaya, böyük güclərə, beşlərə baxanda biz kimik ki? Öz müstəqilliyinə yenicə qovuşmuş, hələlik kiçik bir dövlət. Və bu dövlət dünyanın böyük güclərinin qarşılarına aldıqları  Rusiya ilə başqa cür, necə rəftar etməli idi? O Rusiya ki, müharibənin başladığı ilk gündə belə qarşımıza dikilə bilərdi.  Amma dikilmədi, niyə, çünki görünən bu ki, o zamana kimi Azərbaycanın Dövlət Başçısı qardaş Türkiyə ilə masada da öz işlərini   görmüşdülər. 
    
Bununla belə sanki həmin tarixdə, yəni müharibə başlayanda tarixi zərurət də bizim xeyirimizə işlədi. Belə ki, Pandemiya fəlakətindən dolayı dünyanın başının özünə qatışması, nəhayyətdə Ermənistanda bütün    gerçəkləri dərk edən birisinin, Paşinyanın hakimiyyətdə olması, Amerikadakı sonuncu  Prezident seçgiləri, o seçgilərdən doğan Co-Tramp qarşıdurması, erməni  yandaşı Fransanın sarı lələklilərlə qapışması və ən əsası da Türkiyənin  bölgədə güc faktoruna çevrilməsi. Demək dünyada gedən proseləri dəyərləndirib, hücum üçün doğru bir zamnı seçməkdə də, Ölkə Başçısı öz siyasi  uzaqgörənliyini  nümayiş etdirmiş  oldu.
     
Şanlı qələbəmizdən sonra isə, 10 noyabrda üçüncü bir dövlətin Ermənistanın kapitulyasıya aktına şahidlik edib, imzası ilə bu sənədi rəsmiləşdirməli idi və o da Rusiya oldu. Bir anlığa təsəvvür edək ki, ATƏT-in hər üç ölkəsinin sülh məramlıları bu bölgədədir. O halda  Orta Doğuda   bu üçlüyün ucbatından olanları gözlər önündə barındırmamamq sədəlöhvlük olmazmı. Hansı ki, minilliklərdən gələn ölkələrin ərazilərini  özlərinə döyüş meydanı sanıb yerlə-yeksan edib, milyonlarla insanı qətl etdilər. Yəni bununla Rusiyanı Qarabağda varlığına bəraət qazandırmaq fikirində də deyiləm. Bilənlər də bilirlər ki, Rusiyaya qarış mövqeym və tavrım netdir və bu da   kifayyət qədər mətbuatda öz əksini tapıb. Demək istədiyim o ki, Rusiyanın “sülhməramlı” adı ilə bu kapulitasiya aktında imzasının varlığına bir növ məcbur idik. 


     
Qaldı ki, bəzilərinin guya Rusiya qoşunları 1993-cü ildən Azərbaycamdan çıxarılmışdır demələrinə xeyir, əslində  onlar zatən   Azərbacanda həm milli ordumuzun üst qatında, həm də torpaqlarımızın 20%-də   hələ də qalmaqda idilər.
     
İndi  isə bunun həll olunmasının və onların təməlli olaraq bizim torpaqlardan çıxması zərurəti yaranıb və bunun da zamana ehtiyacı var. Lütfən gəlin səbirli olaq və amacı suya düşənlərin və Türk düşmənlərinin   havasına oynamayaq.    
   
Digər yandan, illərdir bir qrup vətən sevdalısı soydaşlarımız Turan deyirdi, bu ideologiya ətrafında da  onlarla təşkilat yaradıb bu yolda öz mücadilələrini sürdürüblər və hələ də sürdürməkdədirlər. “Gözünüz aydın” deyirik, o   Turan sevdalısı vətən övladlarına.  Artıq zaman gəldi, Turan gedən yola da  Qarabağın zəfəri işıq tutdu. Məhz onun nəticəsi idi ki, bu ilin  martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü yenidən baş tutdu.


 
Və hər biri təsdiq etdi ki, Türkdilli, daha doğrusu Türksoylu dövlətlərin Turana gedən yolu, ilkin olaraq məhz Zəngəzurdan, Qarabağdan keçir.  
 
Hansı ki, Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyev demək olar ki, son üç ildə hər kəsdən  daha çox bütün rəsmi çıxışlarında, “Ermənistanın indiki ərazisinin qədim Azərbaycan torpaqları olduğunu və gec-tez bizim o torpaqlara   İravana, Dərələyəzə, Zəngəzura. Göyçəyə qayıdacağımızı” dəfələrlə dilə gətirmişdir. Sonda da Türkdilli dövlətlərlə son toplantıda bir daha bəyan etdi   ki,  əslində "Zəngəzurun Azərbaycandan alıb Ermənistana birləşdirilməsi, Türk dünyasının coğrafi parçalanması idi". O çıxışının davamında "Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq" dedi. Bir daha təkirar edirəm, “ çox fəal çalışırıq" dedi.
 
İndi nə qədər cahil olmalısan ki, bunca cəsarətə, bunca görülən işlərə, tökülən qanlara  kölgə düşürməyə səy göstərəsən. 
 
Həm də o işə ki,  dünyanın aparıcı dövlətləri  Qafqazda Azərbaycan adlı balaca bir ölkənin 21-ci yüz illiyin başlanğıcındakı 44 günlük zəfər tarixini araşdırmaqla, öyrənməyə başlamışlar. Xüsusən də, Amerika kimi bir dövlət, özünün mövcud hərbiyəsinə bu aspektdən baxıb, öz ordu təhcizatına    yenidən baxmağa məcbur olmuşdur.


     
Digər yandan da, hələ bilə-bilə də ki, bütün bu məsələlərdə arxamızda dostlarımız, qardaş Türkiyəmiz var. O Türkiyə ki, onun Cümhurbaşkanı sayın Erdoğan 31 martda Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söylədi ki,   “Əziz   qardaşım cənab İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı Zəfərləri münasibətilə öz adımdan və millətim adından təbrik edirəm. 44 gün davam edən dastanvari mübarizədən sonra 30 illik işğal sona çatıb. Dağlıq Qarabağ yenə Ana Vətənə qovuşub”. Çıxışının ardınca isə bəyan etdi ki, bu ilin “Ramazan ayından sonra qardaşımla (Prezident İlham Əliyevlə) birgə Şuşaya ziyarət edəcəyik”.
       
Əslində  bu çıxışı ilə o, bu bölgədə hələ də öz niyətlərindən əl çəkməyən məkirli düşmən güclərə xüsusən də Rusiyaya mesaj verdi ki, artıq əlinizi çəkin, oyun bitdi və Qarabağ artıq  Azərbaycandır, nöqtə!


Ana səhifəyə qayıt        Baxış: 3 836          Tarix: 3-04-2021, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma