Xəbər lenti


"İranın Nətənz Nüvə Mərkəzində qəza hücum və “nüvə terrorizmi”nin nəticəsidir".

APA-nın məlumatına görə, bunu İran Televiziyasına açıqlamasında İran Vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

Qeyd edək ki, bu gün səhər İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi  Iranın Nətənz Nüvə Mərkəzində qəza olduğunu, qəza nəticəsində insan tələfatı və çirklənmə baş vermədiyini, qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Ə. Ə. Salehi isə deyib ki, İran bu alçaq hərəkəti mühakimə edir:
"İran Beynəlxalq Atom Enerjisi Təşkilatını bu nüvə terrorizminə qarşı çıxmağa çağırır, eyni zamanda müvafiq addımlar atmaq hüququnu özündə saxlayır".



Ana səhifəyə qayıt        Baxış: 3 118          Tarix: 11-04-2021, 20:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma