Xəbər lenti
Dünən, 22:58
Dünən, 20:00
Dünən, 16:51
Dünən, 14:28
Dünən, 12:52
Dünən, 00:55
8-01-2025, 22:41
8-01-2025, 21:17
8-01-2025, 20:33
8-01-2025, 19:31
8-01-2025, 18:25
8-01-2025, 16:31
8-01-2025, 15:04
8-01-2025, 14:35
Almaniyanın “qıyımsızlığı” Ukraynanı xəyal qırıqlığına uğratdı: “Artıq özümüzə güvənməliyik” – Səfir
Almaniyanın “Yaşıllar” Partiyasından kanslerliyə namizəd Annalena Berbokun Ukrayna ilə bağlı dilə gətirdiyi fikirlər rəsmi Kiyevdə dərin məyusluq doğurub.
Ovqat.com xəbər verir ki, Ukraynanın Almaniyadakı səfiri Andrey Melnikin öz Twitter səhifəsində paylaşdığı məlumatdan belə anlaşılır.
Səfir Almaniyanın Ukraynaya silah verməkdən imtina etməsini və ölkənin gələcək kanslerinin də eyni mövqe sərgiləməsini “məyusedici hadisə” adlandırıb.
Qeyd edək ki, kanslerliyə namizəd Annalena Berbok Ukraynanın Almaniyadan silah istəməsi tələbinə mədəni şəkildə rədd cavabı verib. Xanım siyasətçi “FAZ” nəşrinin sorğusunu cavablandırarkən bildirib ki, Berlin Ukraynaya müasir silahlar əvəzinə Donbassı minadan təmizləmə qurğuları satmağa üstünlük verir. Ukrayna səfiri isə Berbukun bu sözlərini şərh edərək bildirib ki, Berlin növbəti dəfə Kiyevi xəyal qırıqlığına uğradıb.
Кандидатка у канцлери від Зелених @ABaerbock дала інтерв‘ю для FAZ
— Andrij Melnyk (@MelnykAndrij) April 24, 2021
На жаль, маєм відмову як по наданню Києву оборонної зброї, так і по НАТО. Це розчаровує(
Тож час відкинути ілюзії про зміну політики Берліна після виборів і покладатися лише на власні сили??https://t.co/43RD21m7A8 pic.twitter.com/26dnTTBnMg
“Təəssüf ki, Berlin Kiyevi NATO standartlarına uyğun müdafiə silahları ilə təmin etməkdən boyun qaçırdı. Bu məyusedicidir”, - yazan Melnik “seçkilərdən sonra Berlin siyasətində dəyişiklik barədə illüziyaları bir kənara atmağın və yalnız öz gücümüzə güvənməyin vaxtının gəldiyini” bildirib.
Alman qəzetlərinin yazdığına görə, Kiyev özünü müdafiə məqsədilə Almaniyadan onsuz da istifadə etmədiyi hərbi gəmilərini istəmiş, Merkel hökuməti isə bu istəyə laqeyd yanaşmışdı. Alman kansleri aprelin 20-də mətbuata verdiyi açıqlamasında Ukraynanın şərqindəki vəziyyətdən narahat olduğunu söyləməklə kifayətlənmişdi.
Merkelin bu sözlərindən sonra Ukrayna bütün ümidlərini 26 sentyabrda Almaniyada keçiriləcək parlamenti seçkilərində “Yaşıllar” partiyasının qələbəsinə bağlamışdı. Seçkilərdən sonra qurulacağı proqnozlaşdırılan yeni alman hökumətinin gələcək kanslerinin bu tələbləri indidən geri çevirməsi Kiyevin son gözləntilərini də alt-üst edir.
Əslində Almaniyanın Ukrayna-Rusiya gərginliyində Moskvaya sərf edən mövqe sərgiləməsi ilk hadisə deyil. Berlin Rusiyaya qarşı ən effektli mübarizə sayılan iqtisadi müharibə məsələsində də Moskva ilə eyni cinahda yer alır, “Şimal axını-2” layihəsinin tamamlanmasında israrlı mövqeyini sürdürür. Bu layihə isə Ukraynanı rus qazından istifadədən və Avropaya nəql planından kənarlaşdırmağı nəzərdə tutur, beləcə Kiyevin enerji təhlükəsizliyinə zərbə vurmaqla qalmır, həm də onu hər il milyardlarla dollar qazanmaq imkanından məhrum edir. ABŞ-ın 30-a yaxın Avropa şirkətinə tətbiq etdiyi ağır sanksiyalardan sonra alman şirkətləri bu layihədəki fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalsalar da, Berlin sözügedən qaz kəmərinin çəkilməsində ən azı Moskva qədər israrlıdır və Vaşinqtonla aylarla sürən müzakirələr aparmaqdan yorulmur, öz mövqeyini isə enerji tədarükünü şaxələndirmək prinsipi ilə əsaslandırır.
Ukraynanın həyati məsələsinə çevrilən “Şimal axını-2” layihəsinin 95%-i inşa edilib, son 5%-nin inşası isə böyük müşkülə çevrilib.
İndi isə Almaniya hətta özünə lazım olmayan korvetləri belə, Ukraynanın istifadəsinə vermək istəmir. Halbuki, istifadəsiz qalan həmin gəmilərin istifadə tarixləri keçir və bir müddətdən sonra doğranaraq domna sobalarında əridiləcəklər.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər