Xəbər lenti

 
ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Suriyanın Tartus limanında Rusiya hərbi-dəniz bazasını tam mühasirəyə almaq niyyətindədir. 
 
Ovqat.com xəbər verir ki, Rusiyanın Avia.pro nəşri bu məlumatı yayıb.
 
Məlumata görə, Tartusdakı hərbi-dəniz bazasının blokadası Rusiya ilə Ukrayna arasındakı münasibətlərinin gərginləşməsinə cavab xarakteri daşıyır. Mühasirəyə Amerika hərbi gəmilərindən başqa, digər NATO ölkələrindən qüvvələrin cəlb edilməsi ehtimalının da nəzərdən keçirildiyi bildirilir.
 
Ukraynalı ekspert Vladimir Kravçenkonun fikrincə, məhz bu səbəbdən Qara dənizə göndərildiyi iddia olunan iki Amerika raket gəmisi Bosfor boğazı yaxınlığında lövbər salıb. Görünür, Pentaqon Aralıq dənizinin şərqində varlığını artırmağın daha rasional olacağına qərar verib.
 
Qərb tərəfdaşlarımız, Ukraynanın Qara dəniz limanlarına gedən yollara nəzarət etmək üçün ortaq əməliyyat keçirmək qərarına gəlsələr yaxşı olardı. Lakin amerikalılar “lazımsız eskalasiyadan qaçmaq” istədiklərini bildirərək Qara dənizə iki raket gəmisi göndərmək planlarından imtina etdilər. İngilislər isə bölgəyə Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün bu su hövzəsində iki gəmi yerləşdirmək niyyətindədirlər”, - Kravçenko deyib.
 
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə ABŞ-ın iki hərbi gəmisinin Qara dənizə keçmək üçün müraciət etdiyini bildirmiş, bu da Rusiya tərəfindən sərt təpki ilə qarşılanmışdı. Moskva buna cavab olaraq beynəlxalq qanunvericiliyə əsasən Qara dənizə xarici gəmilərin girişinə məhdudiyyət qoymuş, bu su hövzəsindəki hərbi donanmasını gücləndirmişdi. Rusiyanın bu addımından sonra ABŞ həmin 2 gəmini Qara dənizə göndərməkdən vaz keçib Aralıq dənizinin şərqində, tam da Qara dəniz yolunun üzərində yerləşdirmişdi.
 
Böyük Britaniyaya gəlincə, Londonun Rusiya ilə konflikti davam etdirməkdə maraqlı olduğunu Mi6 Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Moorenin “The Sunday Times”-ə verdiyi müsahibə də təsdiqləyir.
 
Müsahibəsində "Rusiya iqtisadi və demoqrafik cəhətdən get-gedə zəifləyən fövqəldövlətdir. O, artıq son dərəcədə mürəkkəb dövrünü yaşayır", - deyən baş kəşfiyyatçısı vurğulayıb ki, London və Vaşinqton Moskvaya Ukraynaya müdaxilənin "ciddi nəticələri" haqda xəbərdarlıq edib və Ukrayna sərhədində xeyli sayda qoşunların yerləşdirilməsi ilə bağlı hiddətlərini bildiriblər. 
 
Riçard Moorenin bu sözləri fonunda Rusiyanın bu ayın axırına qədər Ukrayna ətrafındakı hərbi birliklərini daimi dislokasiya bazalarına çəkmək qərarı təsadüfi görünmür.
 


Ana səhifəyə qayıt        Baxış: 5 772          Tarix: 27-04-2021, 06:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma