Xəbər lenti

 
“Təkcə Sünikdə (Zəngəzur) deyil, həm də bütün sərhəd boyu Azərbaycan və Ermənistan silahlı qüvvələrinin hələ də əvvəlki mövqelərini qoruyurlar”.
 
Ovqat.com xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Stepan Melkonyan ölkə parlamentində jurnalistlərlə brifinq zamanı belə deyib.
 
O bildirib ki, Azərbaycanla Ermənistan arasındakı sərhədlər hələ müəyyənləşdirilməyib.
 
“Bu gün 520 km uzunluğunda sərhəd xəttimiz var və bizim sərhədçilərimiz əvvəlki mövqelərində dayanıblar. Hərbi-siyasi vəziyyət sakitləşdikdə, bu məsələni müzakirə mövzusuna çevirmək üçün ikitərəfli bir komissiya yaratmaq mümkün olacaq və bundan sonra delimitasiyaya keçəcəyik, sərhədimiz daha da aydınlaşacaq. "
 
Milli Təhlükəsizlik Xidmətinin direktor müavini iki ölkə arasında sərhədlərarası bir xəttin yaradılmasından danışaraq bildirib ki, hər bir ölkənin ərazisi hesabına mövqelərarası bir xətt yaradacağı nəzərdə tutulur.
 
Stepan Melkonyan Mehri dəhlizi haqqında suala cavab verərkən deyib ki, "iki tərəfli danışıqlarda ümumiyyətlə dəhlizdən söhbət getmir və gedə də bilməz. Tranzit yüklərdən danışmaq olar, ancaq dəhlizdən yox".


Ana səhifəyə qayıt        Baxış: 4 967          Tarix: 29-04-2021, 15:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma