Xəbər lenti


ABŞ Lilit Makuntsa Ermənistanın bu ölkədə səfiri olması üçün aqreman verib.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, aqreman bir həftə əvvəl əldə edilib. Makuntsun Vaşinqtona parlamentin buraxılmasından dərhal sonra gedəcəyi bildirilib.

Qeyd edək ki, Makunts Ermənistanın hakim Mənim Addımım Blokunun parlament fraksiyasının rəhbəridir.

Onun diplomat təcrübəsi yoxdur və heç vaxt diplomat kimi çalışmayıb. Məhz bu amil Ermənistanda onun səfir təyin edilməsi xəbərləri ortaya çıxdıqdan sonra böyük etirazlara səbəb olub.



Ana səhifəyə qayıt        Baxış: 3 043          Tarix: 8-05-2021, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma