Xəbər lenti
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
20-12-2024, 19:32
20-12-2024, 18:08
Rusiya prezidenti Vladimir Putin koronavirus peyvəndinin iki dozasını da vurdurmasına baxmayaraq, dünya liderləri ilə üz-üzə görüşməkdən çəkinir.
Ovqat.com-un məlumatına görə, Rusiya lideri Moskaya səfərə gəlmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Guterresi belə, qəbul etməyib.
Halbuki Guterres bu səfər çərçivəsində Rusiyanın Baş naziri Mixail Mishustin, Xarici İşlər Naziri Sergey Lavrov, hətta universitet tələbələri ilə də görüşmüşdü. Onun Putinlə görüşü isə yalnız tele-konfrans vasitəsilə ilə baş tutub. Baxmayaraq ki, həmin vaxt həm Putin, həm də Guterres Kremlə yaxın ərazidə olublar.
Putinin Guterreslə üz-üzə görüşməkdən yayınması xarici media qurumlarının da gözündən yayınmayıb. ABŞ-ın məşhur iqtisadi nəşrlərindən olan “Bloomberg” xatırladır ki, Rusiyaya əvvəlki səfərləri zamanı ən azı üç dəfə Putinlə üz-üzə görüşən Guterres Rusiya prezidentinin bu diqqətsizliyindən qətiyyən məyus olmayıb.
Kreml Putinin üz-üzə görüşdən niyə qaçdığı müəmmasına aydınlıq gətirərək bildirib ki, bu qərar epidemioloqlarla məsləhətləşilərək fərdi qaydada alınır. Müşahidəçilər isə Rusiya prezidentinin xüsusilə keçmiş SSRİ xaricində qalan ölkə liderləri ilə görüşdən qaçdığı qənaətindədir. Tacikistan, Belarus, Tacikistan və Ermənistan kimi postsovet ölkələrin liderləri ilə üz-üzə təmasdan isə ehtiyatlanmır.
Qeyd edək ki, bir neçə ay əvvəl Putinlə görüşmək istəyən İran parlamentinin spikeri Məhəmmədbağır Qalibafa bunun üçün əvvəl 14 gün Moskvada karantində qalmaq təklif olunmuş və bu “aşağılayıcı təklif” İranda ciddi mübahisələrə yol açmışdı. İndisə belə görünür ki, Qalibaf tək deyilmiş, BMT-nin Baş katibinə eyni gözlə baxılıb. Bu da istər-istəməz bəzi suallara yol açır:
Əcəba, post-sovet ölkə liderləri də görüşdən əvvəl bu karantindənmi keçirlər? Bəs, gələn ay Putinlə görüşə hazırlaşan ABŞ Prezidenti Co Bayden necə, o damı Moskvada 14 günlük karantindən keçməli olacaq?
Kremlin Mətbuat katibi Dmitriy Peskovun fikrincə, bu barədə son qərarı yalnız Putinin həkimləri verə bilərlər: “Putinin danışıqları ilə bağlı qərarlar hər dəfə səhiyyə mütəxəssisləri tərəfindən verilir və hətta gələn ay ABŞ Prezidenti Joe Biden ilə keçiriləcək zirvə toplantısının epidemioloqların nəzarəti altında olacaq”, - Peskov belə deyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar