Xəbər lenti
 
 
Paşinyan: İranla münasibətlər Ermənistan üçün strateji əhəmiyyət daşıyır
 
 
Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Paşinyan İran XİN başçısı Zəriflə  görüşdə İranla münasibətləri ölkəsi üçün strateji əhəmiyyətli olduğunu, iki ölkə sərhədinin hər zaman dostluq və təhlükəsizlik sərhədi olmasından məmnuniyyət duyduğunu bildirib.
 
Ovqat.com “Farsnews.ir istinadən xəbər verir ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ötən gün (çərşənbə) Yerevanda Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşərək, ikitərəfli münasibətləri və regional vəziyyəti müzakirə edib.
 
Post-pandemiya dövründə iki ölkə arasındakı iqtisadi əlaqələrin dərinləşəcəyinə ümidvar olduğunu bildirən Cavad Zərif, Mehri azad iqtisadi zonasının inkişaf etdirilməsini və İran-Naxçıvan-Ermənistan dəmir yolunun açılmasını iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin kimi qiymətləndirib. 
 
O, İranın Ermənistanın Sünik (Zəngəzur) vilayətində səmərəli fəaliyyət göstərərək bu ölkə ilə daha güclü ikitərəfli münasibətlər qura biləcəyinə ümid etdiyi diqqətə çatdırıb.
 
İranın bölgədə sabitliyin qorunub saxlanılmasında və Ermənistanın ərazi bütövlüyünün təmin olunmasında maraqlı olduğunu vurğulayan Zərif, son günlərdə Azərbaycanla sərhəddə yaranan bəzi gərginliklərdən təəssüfləndiyini bildirib.
 


Ana səhifəyə qayıt        Baxış: 6 069          Tarix: 27-05-2021, 12:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma