Xəbər lenti


Ermənistanın Armavir şəhərinin sabiq meri, “Şərəfim var” blokundan deputatlığa namizəd Ruben Xlqatyan bu gecə saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə blokun vəkilləri məlumat yayıb.

“Bəyan edirik ki, bu saxlanılma siyasi təzyiq motivlidir. Hədəf isə blokun seçki prosesindəki siyasi fəaliyyətinə mane olmaqdır”, - vəkil bildirib.

Vəkillər məhkəməyə müraciət etdiklərini vurğulasalar da, hüquq-mühafizə orqanlarının namizədi saxlama səbəbini açıqlamayıblar.

Qeyd edək ki, “Şərəfim var” bloku eks-prezident Serj Sərkisyanındır.

20 iyun növbədənkənar seçkilərində 21 partiya və 4 blok iştirak edir.



Ana səhifəyə qayıt        Baxış: 2 894          Tarix: 11-06-2021, 10:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma