Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Yadınızdadırsa bir neçə gün əvvəl Böyük Britaniyanın “Defender” hərbi gəmisi Krım sahillərinə yaxınlaşmış və bu hərəkət Rusiya tərəfindən sərt tərki ilə qarşılanmışdı. Böyük Britaniya gəmisinə xəbərdarlıq atəşi açan rus hərbi donanması və təyyarələri onu ərazi sularından çıxmağa məcbur etmişdi. Əlbəttə, bu, Rusiyanın irəli sürdüyü iddialardır. London isə bu iddia ilə razılaşmır, “Defender”in Rusiyanın su sərhədlərini pozmadığını bildirmişdi.
İki dövlət arasında bir-birini təkzib edən məlumatların formal səbəbi aydındır: Krımı ilhaq edən Rusiya həmin yarımadanı öz ərazisi sayır. London isə Krımın Ukraynaya aid olduğunu iddia edir və yarımadaya yaxınlaşmaqla Rusiyanın su sərhədinin pozulmayacağını düşünür.
İnsidentin dərin səbəbinə gəlincə, bu, əlbəttə, Rusiya ilə Böyük Britaniya arasında hərbi rəqabətdən qaynaqlanır. Məqsəd Rusiyanı Qara dənizdə dalana sıxışdırmaqdır.
Ovqat.com-un məlumatına görə, yaxın günlərdə eyni insidentin təkrarlanması gözlənilir.
Belə ki, Rusiyanın etiraz notasına cavab verən Böyük Britaniyanın Baş naziri Boris Conson nəinki Moskvanın gözlədiyi kimi ondan üzr istəməyib, hətta Rusiyanın ünvanına hədələr yağdırıb.
Conson cavab açıqlamasında deyib ki, Böyük Britaniya bundan sonra da Krımı əhatə edən sularla gediş-gəlişini davam etdirəcək. "Hesab edirəm ki, beynəlxalq sulardan istifadə etmək bizim haqqımızdır. Hər halda, biz Krımın Rusiya tərəfindən ilhaqını tanımırıq", - deyə Boris Conson bildirib.
Baş nazirin iddiasına görə, hazırda Britaniya hərbi gəmisi Qara dənizin şərq hissəsindədir. Bir neçə gün sonra o, yenidən qərb istiqamətində hərəkətə başlayacaq ki, bu da eyni insidentin təkrarlana biləcəyi anlamına gəlir.
Maraqlıdır ki, Qara dənizdə Rusiyanın Krım sinirinə toxunan təkcə Böyük Britaniya da deyil. Dünyanın bir zamanlar ən böyük hərbi donanmasına sahib olan, indi də iddialılar arasında yer alan bu ölkəni yenə ötüşdürmək mümkündür. Moskvanı ən çox dəli edən isə odur ki, indi Qara dənizin ən zəif ölkəsi sayılan Gürcüstan belə, Rusiya ilə Krım ətrafında “məzələnməyə” girişib.
Rusiya mediasının bildirdiyinə görə, bu gün Krım yarımadasının ərazi suları yaxınlığında 2 Gürcüstan gəmisi peyda olub. "Ochamchira" və "Dioscuria" adlı gəmilər Qara dənizin qərb hissəsində keçirilən NATO hərbi təlimləri bölgəsinə doğru hərəkət ediblər. Onlar Krımın ərazi sularına təhlükəli şəkildə yaxınlaşıblar.
Rus mütəxəssislərin fikrincə, Gürcüstan hərbi gəmiləri qəsdən Rusiya Dəniz Qüvvələrinin Qara dəniz Donanmasının yaxınından keçiblər. Üstəlik, bu ərazi sularına daxil olacaqları təqdirdə rus hərbi donanmasının hazır vəziyyətə gətiriləcəyini biliblər və bir növ Rusiyanı təxribata çəkiblər.
Rusiya hərbi yetkililəri inanırlar ki, Gürcüstan gəmiləri su sərhədlərinə xeyli yaxınlaşsalar da onu pozmayıblar. Gürcü gəmiləri səfər boyunca rus donanması tərəfindən izlənilib. Lakin gəmilərə qarşı heç bir tədbir görülməyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar