Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 19:12
Bu gün, 17:22
Bu gün, 16:18
Bu gün, 15:27
Bu gün, 14:51
Bu gün, 14:00
Bu gün, 12:13
Bu gün, 10:39
Bu gün, 09:48
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
KMTM baş katibi Stanislav Zatsenin bir neçə gün öncə Ermənistanın yardım tələblərinə “iki ölkə arasındakı çəkişmələr adi sərhəd mübahisələridir, KMTM-nin buna cavab vermək səlahiyyəti yoxdur” mahiyyətli açıqlaması İrəvanda böyük xəyal qırıqlığına səbəb olub. İş o yerə çatıb ki, bəzi erməni jurnalistlər və fikir adamları hətta Rusiyaya hədə-qorxu yağdırırlar.
Ovqat.com xəbər verir ki, “ArmenianReport” portalının müəllifi Razmik Akopcanyanın “Dibinə qədər biabırçılıq: KTMT Azərbaycanın maraqlarının keşiyində” sərlövhəli məqaləsi də bu xəyal qırıqlığını və qəzəbi əks etdirir.
Məqalənin ilk cümləsinə belə, Rusiyaya barmaq silkələməklə başlayır: “Biz bu xəyanəti daim yadda saxlayacağıq...”
Razmik daha sonra yazır:
“Daha nə baş verməlidir ki, ölkəmiz, Ermənistan rəhbərləri sözdən işə keçsinlər və hamıya və hər kəsə aydın olanı - KTMT-yə üzvlüyün mənasız olduğunu dürüst və birmənalı şəkildə ifadə etsinlər. Bu sualıma cavab yoxdur. Lakin KTMT-nin dişsizliyini və qorxaqlığını göstərmək üçün növbəti əsas var. Təşkilatın baş katibi Stanislav Zatse bu əsası verdi.
Bakı Ali Ümumqoşun Komandir məktəbinin bu məzunu bir daha göstərdi ki, o, təkcə Ermənistana deyil, bütünlükdə KTMT-yə meydan oxuyan işğalçıların tərəfindədir. Onun fikrincə, Azərbaycanla yeni sərhədin yaradılması ilə əlaqədar olaraq Ermənistanın cənubunda vəziyyətin gərginləşməsi "sərhəd insidentidir" və bunun kollektiv müdafiə haqqında KTMT Nizamnaməsinin müddəalarına dəxli yoxdur.
"Anlamaq lazımdır ki, KTMT-nin potensialı yalnız təcavüz, hücum halında [üzv ölkələrdən birinə] cəlb olunur. Burada isə əslində, sərhəd insidenti baş verib. Allaha şükürlər olsun ki, orada qurban yoxdur, atəş yoxdur. Bu, sərhəd hadisəsidir, onu həll etmək lazımdır və biz onu sülh yolu ilə həll etməyə tərəfdarıq", - deyə o bildirib.
Bu isə aşağılayıcı və qorxaq bir bəyanat idi.
Ona görə ki, biz KTMT-nin Azərbaycan üçün xoşagəlməz bir şey etmək istəməməsini neçə dəfə görmüşük. Artıq nə qədər belə məqamlar olub – sadalamaq belə, çətindir. 2016-cı ildə Azərbaycanın Aprel təcavüzündən başlayaq. Rəsmi Bakının etirafına görə, o vaxt onlar 2000 hektardan artıq erməni torpağını zəbt etmişdilər. Lakin KTMT qorxaqcasına susdu.
Orada gülünc bəhanələrlə gizlənməyə başladılar. Deyirlər ki, bu, Ermənistana hücum deyildi, Artsaxa hücum idi. Üstəlik, bütün bu döyüşlər tez başa çatdı, nəticədə təşkilatda Azərbaycanın təxribatının pislənməsi ilə bağlı yeganə mümkün mövqe formalaşdırmağa belə, "macal tapmayıblar". Artıq o vaxt aydın oldu ki, Bakıda bunu yeni təxribatlara razılıq kimi qəbul edəcəklər.
Belə də oldu. Düşmən tərəfindən daha bir sıra təxribatlar törədildi. Bu da sonradan tam aydın oldu ki, bütün bunları Ermənistan və Arsax əleyhinə elan olunmamış müharibəyə başlanmazdan əvvəl əsas böyük təxribat qarşısındakı məşq kimi həyata keçirirmişlər...
Şübhəsiz, baş verənlərin səbəbi aydındır-Rusiyanın mövqeyi belə idi və KTMT-nin digər üzvləri yalnız başlarını əyməli və yanaqların vacibliyi üçün şişirtməli idilər.
Düşünmək olardı ki, artıq baş verənlərdən sonra Paşinyan KTMT-dən çıxmaq xəttini qətiyyətlə götürməlidir. Amma bu yoxdur və ən əsası, gözlənilmir. Buna görə də, təşkilatın nizamnaməsində müdaxilə tələb olunduğu hallarda da bu addımı atmaq istəmədiyini göstərən təşkilatda ölkəmizə təzyiqlərin artması da təəccüblü deyil.
Ermənistan Azərbaycan hərbçilərinin ölkəmizin ərazisinə daxil olması ilə əlaqədar KTMT-yə dəstək üçün rəsmi müraciət etdikdən sonra, biz KTMT-nin hansısa bəyanatın verilməsi üçün uzun-uzadı cəhd göstərdiyini gördük. Və reaksiya verdi. Bu biabırçılıqdır. O cümlədən ona görə ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi artıq etiraf edib ki, 1000-dək Azərbaycan hərbçiləri mayın 12-dən Ermənistan ərazisindədirlər.
...Artıq bizim də sadəcə dərk və etiraf etməyimiz lazımdır ki, bu, maraqlarımızın qorunması baxımından faydasız təşkilatdır, həm də ondan çıxış prosesinə başlamalıyıq. Amma buna siyasi cəsarət lazımdır, hkimiyyətdə isə nə bu cəsarət var, nə də olacağı gözlənilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar