Xəbər lenti

 
Türkiyə ilə strateji müttəfiqlik sazişləri imzalayan Azərbaycanın Pakistanla da hərbi əlaqələrini gücləndirməsi erməniləri ciddi şəkildə narahat etməyə başlayıb. 
 
Ovqat.com xəbər verir ki, erməni dilli “Yerevan-Times” nəşri “Ermənistan hərbi əməkdaşlıq təklifini rədd etməməlidir sərlövhəli məqaləsində yazır:
 
 
“Azərbaycan hərbi əməkdaşlığını çox intensiv şəkildə şaxələndirir. Türkiyə ilə demək olar ki, hər ay keçirdiyi hərbi təlimlərə paralel olaraq Pakistanla da əlaqələrini gücləndirir. Qeyd edək ki, Pakistan Asiyada Ermənistan Respublikasının müstəqilliyini tanımayan yeganə ölkədir. Məsələyə bu kontekstdən yanaşanda iki ölkə arasındakı münasibətlərin yaxınlaşması tamamilə təbiidir”.


 
Məqalə müəllifi bildirir ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu yaxınlarda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlim keçirəcəyindən bəhs edib: “Nazir qərarın artıq verildiyini və Pakistanlı hərbi ekspert qruplarından birinin Azərbaycana gəldiyi və oyunların keçirildiyi yerləri araşdırdığını söyləyib. Bu yaxınlarda Pakistan Silahlı Qüvvələrinin, Pakistan Quru Qoşunlarının Baş Komandanı General Camar Cave Bajvanın rəhbərliyi ilə başqa bir nümayəndə heyəti də Bakıda səfərdə olmuşdu. Azərbaycan öz xüsusi təyinatlı qüvvələrini dağlıq ərazidə döyüş təcrübəsi olan Pakistanlı mütəxəssislərinin köməyi ilə yetişdirmək istəyir. Pakistanın bu sahədə Kəşmirdə Hindistanla müntəzəm hərbi toqquşmalarda qazandığı təcrübələr var, - nəşr bildirir.
 
Məqalədə iddia olunur ki, guya 44 günlük müharibədə Pakistan xüsusi təyinatlıları müxtəlif formatlarda hərbi əməliyyatlarda iştirak edib:Güman ki, müharibə zamanı Hindistanın Ermənistanı dəstəkləməyə hazır olduğunu elan etməsinin də səbəbi bu idi”.
 
Azərbaycanın Belarusiya ilə də hərbi əməkdaşlığı intensivləşdirdiyini bildirən müəllifin fikrincə, bu, rəsmi Bakının öz ordusunu ciddi şəkildə silahlandırdığını və yenidən qurduğunu göstərir:Bu davranış əslində qanunauyğundur; çünki rəsmi Bakının hərbi hərəkətlərinə beynəlxalq ictimaiyyətin susmasını yaşıl işıq kimi görür və bölgədəki güc tətbiq siyasətini davam etdirir. Onun bu siyasəti, ilk növbədə bölgədəki hərbi varlığını və təsir gücünü artıraraq regional güc nisbətini öz xeyirlərinə dəyişdirmək üçün tədbirlər görən dövlətlər tərəfindən təbii olaraq təşviq edilir”.


 
Bütün bunların erməni tərəfini adekvat əks tədbirlər görməyə vadar etdiyini yazan nəşrin fikrincə, İrəvan Rusiya Silahlı Qüvvələri ilə inteqrasiya və ortaq müdafiə sisteminin qurulmasına paralel olaraq digər dost ölkələrdən - Hindistan, İran, Çin, Fransa və ABŞ-dan gələcək dəstək təkliflərini qəbul etməlidir. “Bunlar bizim hərbi potensialımızı tamamlaya və bölgədəki güc nisbətinin qorunmasına kömək edə bilər” – məqalədə qeyd olunur.
 
Görünür, müəllif Rusiyanın köləsinə çevrilən Ermənistanın qloballaşan dünyanın qarşısında ələ-ayağa dolaşan kötük olduğundan xəbərsizdir və ABŞ, Çin, Hindistan kimi nəhənglərin İrəvanla hərbi əməkdaşlıq üçün yanıb tutuşduğunu düşünür. Anlamır ki, indiki şəraitdə Ermənistana yalnız Rusiya, Fransa və İran (yeri gəlmişkən, erməni nəşri ən əsas strateji müttəfiqləri olan İranı potensial hərbi tərəfdaş siyahısına salmağı unudub. Bu, İrəvan üçün Tehranın ən tez unudulacaq tərəf olması düşüncəsindən irəli gəlmirsə, deməli, onun ümumiyyətlə hərbi güc kimi tanınmaması fikrindən qaynaqlanır. İran nə qədər gec deyil, ermənilərin ona necə yanışdıqlarından nəticə çıxarsa yaxşıdır) kimi dövlətlər onlara kömək edə bilər. Necə ki, 44 günlük savaşda bütün var gücləri ilə bunu dəstəyi verməyə çalışdılar, amma bu səylər ermənilərin ağır məğlubiyyətə uğramaq talelərini dəyişmədi.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 223          Tarix: 6-07-2021, 10:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma