Xəbər lenti

 
İyulun 8-də Ermənistan Müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyanla Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında telefon danışığı olub
 
Ovqat.com Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmsöhbətlər Göyçə (Geğarkunik) və Zəngəzur (Syunik) bölgələrinin sərhəd zonalarındakı vəziyyəti, problemdən çıxış yollarını, eləcə də Qarabağdakı rus “sülhməramlı” kontingentinin missiyasının gedişatını müzakirə ediblər . 
 
Vaqarşak Harutyunyan və Valeri Gerasimov Rusiya Müdafiə Nazirliyi nümayəndə heyətinin Ermənistana gözlənilən səfərinin gündəliyinə də toxunublar.
 
Qeyd edək ki, Paşinyanın dünən Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə rus sərhədçilərinin Azərbaycan və Ermənistan sərhəddini qoruması müzakirə olunmuşdu. Görüşdə bu məsələ ilə bağlı konkret hansı qərar alındığı bilinməsə də, Rusiya rəsmilərinin açıqlamaları İrəvanı xəyal qırıqlığına uğratmışdı. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə söhbətində iki dövlət arasındakı sərhəddə rus qoşunları yerləşdirilməyəcəyini bildirmişdi. Daha sonra Rusiya Federasiyası Şurası Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini, senator Vladimir Cabarov açıqlama verərək bunun yalnız Azərbaycan və Ermənistan rəhbərliyinin birgə razılığından sonra mümkün olacağını demişdi. Sözsüz ki, Azərbaycan öz sərhədlərinin başqaları tərəfindən qorunmasına razı olmaz.
 
Bununla belə, Ermənistan və Rusiya hərbi rəhbərliyinin bugünkü söhbətlərində sərhəd problemini müzakirə etmələri təəccüblü görünür.


Ana səhifəyə qayıt        Baxış: 4 468          Tarix: 8-07-2021, 18:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma