Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanla görüş keçirib.
“AzPolitika.info” erməni mediasına istinadən xəbər verir ki, bu, Paşinyanın Ermənistan parlament seçkilərindən sonra Arutyunyanla ilk görüşü idi.
Ermənistan baş nazirinin ofisi iyulun 9-da yaydığı məlumatda qeyd olunur ki, Paşinyan bu görüş zamanı Arutyunyana hazırkı vəziyyətlə bağlı təfərrüatlı məlumat verib.
Görüşdə Ermənistan ordusunun 44 günlük müharibədə darmadağın olmasının səbəblərinin öyrənilməsinin vacibliyi bildirilib.
Həmçinin Paşinyan ATƏT-in Minsk qrupu vasitəsilə Qarabağda yaşasyan ermənilərə status ala biləcəklərinə ümid etdiyini vurğulayıb.
Arayik Arutyunyan hazırda Qarabağın ermənilər yaşayan ərazilərində həyata keçirilən sosial proqramlarının icrası haqda məlumat verib.
Arutyunyan da Qarabağın statusu məsələsində ümidini ATƏT-in Minsk qrupuna bağladığını bildirib: “Xoşbəxtlikdən, status prinsipi ATƏT-in Minsk qrupunun gündəliyində müharibədən əvvəl olduğu kimi qalır. Biz bu məsələnin gündəlikdə qalmasına çalışmalıyıq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar