Xəbər lenti

 
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə işarə edərək Cənubi Qafqazda davamlı sülhün təcili bərqərar olmasının vacibliyini vurğulayıb.
 
Ovqat.com xəbər verir ki, məlumatı İranın rəsmi xəbər agentliyi İRNA yayıb.
 
Məlumata görə, sözçü şənbə günü hər iki tərəfdən hərbçilərinin ölümü və yaralanması ilə əlaqədar təəssüfləndiyini dilə gətirib, Azərbaycan Respublikasının və Ermənistanın təmkinli olmasının və iki ölkə arasındakı sərhəd mübahisələrinin həll olunmasının vacibliyini vurğulayıb.
 
Xətibzadə, həmçinin İslam Respublikasının Cənubi Qafqazda davamlı sülh əldə etməyə hazır olduğunu bildirib.
 
Xətibzadə ağa yəqin hesab edir ki, Azərbaycan xalqı 1992-ci ilin 8 may tarixində İranın vasitəçiliyi ilə Bakı və İrəvan arasında keçirilən danışıqların getdiyi ərəfədə Şuşanın ermənilər tərəfindən işğal olunduğunu unudub. Əks halda bu ölkənin rəsmiləri Şuşa rəzalətindən sonra bir də vasitəçilik eşqinə düşməzdilər.


Ana səhifəyə qayıt        Baxış: 5 177          Tarix: 24-07-2021, 12:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma