Xəbər lenti
Bu gün, 13:41
Bu gün, 12:35
Bu gün, 11:21
Dünən, 23:24
Dünən, 22:14
Dünən, 21:42
Dünən, 19:32
Dünən, 17:30
Dünən, 16:41
Dünən, 09:36
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamaya görə, Rusiya meşə yanğınları ilə mübarizədə Türkiyəyə daha geniş dəstək verəcək.
Ovqat.com-un məlumatına görə, nazirlik 11 hava nəqliyyatından ibarət aviasiya qrupunun Türkiyəyə göndəriləcəyini açıqlayıb.
Nazirliyin yaydığı bəyanatda bildirilir ki, bu aviasiya qrupu Türkiyənin tələbi ilə yaşayış məntəqələri və turizm bölgələri yaxınlığında meydana gələn meşə yanğını söndürmək üçün göndərilir. Bəyanatda həmçinin sözügedən qrupun Rusiya Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə aid olduğu vurğulanır.
Rusiyanın göndərəcəyi İl-76 tipli yanğınsöndürmə təyyarələrinin hər biri 40 ton su tutumuna malikdir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və liderlər meşə yanğınlarını müzakirə ediblər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar